Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Azərbaycanda dolların məzənnəsi 1,70 manat səviyyəsində sabitləşəcək

May 19
14:01 2017

Azərbaycanda dolların məzənnəsi 1,70 səviyyəsində sabitləşəcək

14:27 19 May 2017
12 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycanda ABŞ dollarının rəsmi və nağd məzənnəsi 1,70 AZN/USD səviyyəsində sabitləşəcək. “Report”un analitik qrupu bildirir ki, son bir ayda nağd valyuta bazarındakı məzənnə rəsmi məzənnədən aşağı olsa da, hazırda bu fərq aradan qalxıb. Nağd valyutanın alqı-satqısında aparıcı olan “Amrahbank” və “Günaybank” ASC-lərdə 1,6970 manata alınır, 1,7070 manata satılır. Qeyd edək ki, məzənnənin bu alış səviyyəsi rəsmi məzənnədən təxminən 0,005 aşağı, satış isə 0,005 yuxarıdır. Yəni, nağd valyuta bazarında məzənnə optimal səviyyəyə çatıb.
Analitik qrup bildirir ki, neftin orta qiymətinin 50 /barel səviyyəsində qalması dolların məzənnəsinin sabitliyini təmin edəcək. Hazırda dolların məzənnəsi üçün ən böyük təhlükə mayın 23-də Londonda Azərbaycan Beynəlxalq Bankının (ABB) borc öhdəliklərinin restrukturizasiyası ilə bağlı planının kreditorlarla razılaşdırılmasıdır. Azərbaycan tərəfinin görüşdən müsbət nəticə əldə edərək borcların dövlət istiqrazları ilə dəyişdirilərək daha geniş müddətə uzatması gözlənilir. Bu halda daxili bazarda dolların məzənnəsi üçün təhlükə aradan qalxacaq.
Dolların məzənnəsinin sabitləşməsi tədricən kreditləşməsinin artmasına və depozitlərin dedollarizasiyasına gətirib çıxaracaq. Lakin bu proses bir qədər uzun müddət tələb edə bilər. Dolların məzənnəsinin daxili bazarda sabitliyi həmçinin əlavə kütləsinin sterilizasiyası hesabına başa gəldiyini qeyd etmək lazımdır. Bu isə öz növbəsində iqtisadi artıma ciddi ziyan vurur. Hazırda Mərkəzi Bankın qarşısında duran vəzifə kütləsinin həcminin optimallaşdıraraq iqtisadi artımı bərpa etməkdir. 

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: