Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb

May 19
20:09 2017

Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb

20:37 19 May 2017
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ Respublika QİCS-lə Mübarizə Mərkəzində mətbuat konfransı keçirilib.
“Report” xəbər verir ki, tədbir hər il may ayının üçüncü istirahət günündə qeyd olunan QİÇS-dən dünyasını dəyişən insanların Ümumdünya Xatirə gününə həsr olunub.
Tədbirdə çıxış edən Mərkəzin direktoru Esmira Alməmmədova bildirib ki, bu il qeydiyyata alınan İİV-ə yoluxmuş 107 Azərbaycan vətəndaşından 71-i kişi, 36-sı qadındır: “Bu il QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 31 nəfər olub. Həmin müddətdə İİV-infeksiyasından 19 nəfər Azərbaycan vətəndaşı dünyasını dəyişib.
Bu il İİV-ə yoluxanların 10 nəfəri parenteral kontakt, 51 nəfər heteroseksual kontakt, 4 nəfər homoseksual kontakt nəticəsində, 4 nəfər anadan uşağa ötürülməklə baş verib. 39 nəfərin yoluxma yolu müəyyənləşdirilmə mərhələsindədir”.
O deyib ki, Azərbaycanda ilk dəfə İİV-infeksiyası 1987-ci ildə aşkar edilib: “Bu ilin 3 ayının sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 5269 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 3796-sı kişi, 1473-ü qadındır”.
Onun sözlərinə görə, İİV-lə yaşayan insanlardan 45,5 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 43,2 faizində heteroseksual, 2 faizində isə homoseksual kontakt nəticəsində olub: “1,9 faiz anadan uşağa keçməklə, 0,02 faizdə donor qanının köçürülməsi nəticəsində baş verib. 7,4 faizində yoluxma yolu müəyyən edilməyib”.
Mərkəzin direktoru diqqətə çatdırıb ki, QİÇS-lə Mübarizə Mərkəzində 2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 3653 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 115 nəfərə müalicə bu il ərzində başlanılıb: “İİV-ə yoluxmuş insanda 6 il ərzində xəstəlik özünün büruzə verməyə bilər. Yoluxma halı ancaq qan analizi nəticəsində müəyyən olunur”.
Tədbirin sonunda İİV-ə yoluxma halları və ondan qorunma üsullarına dair hazırlanmış film nümayiş olunub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Source link

Kateqoriya

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: