Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Binəqədi-Mehdiabad yolu yenidən qurularaq istifadəyə verilib – VİDEO

Binəqədi-Mehdiabad yolu yenidən qurularaq istifadəyə verilib – VİDEO
May 19
09:24 2017


© Azeravtoyol.gov.az

Bakı. 19 may. REPORT.AZ/ Binəqədi- avtomobil yolu (3,9 km) uzun müddətdir əsaslı şəkildə təmir olunmadığına görə, yolda qabarmış və deformasiyaya uğramış hissələr yaranmışdır. Həmçinin, yol boyu piyada səkilərinin olmaması vətəndaşların xüsusən payız-qış mövsümündə gediş-gəlişində çətinliklər yaradırdı.

Bu, “Azəravtoyol” ASC-dən “Report”a daxil olan məlumata görə, eni 9-11 metr dəyişən yolun yenidən qurulması işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan hissələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Daha sonra qazılmış ərazilərə karbonat materialı tökülərək kipləşdirilib və yolun hərəkət hissəsinin asfaltlanması işləri aparılıb.

İki hərəkət zolaqlı olan yola ikiqat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtük döşənib. Ümumilikdə yolun Binəqədi- hissəsinin 42 min kv.metr sahəsi asfaltlanıb.

Bundan başqa, vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 2,5 metr enində yeni piyada səkiləri inşa edilib. Səkilərin kənarlarına 7 700 poqon metr səki daşları düzülüb, hərəkət hissəsi asfaltlanıb.

Yolun yenidən qurulması işləri tam olaraq bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, həmçinin yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılıb. Növbəti mərhələdə isə -Fatmayi-Goradil avtomobil yolunun əsaslı şəkildə təmiri nəzərdə tutulub.



Source link

Kateqoriya

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: