Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Dəniz Akademiyasının akkreditasiyası yekunlaşıb – Report.az

Dəniz Akademiyasının akkreditasiyası yekunlaşıb – Report.az
May 19
20:30 2017


Bakı. 19 may. REPORT.AZ/ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli qərarı ilə təsdiq olunmuş “Təhsil müəssisələrinin Akkreditasiya Qaydaları”na və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.04.2011-ci il tarixli 656 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin fəaliyyətinin dövlət standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar”a müvafiq olaraq, Azərbaycan Dövlət Dəniz Akademiyasının akkreditasiyası keçirilib. 

Akademiyadan “”a bildirilib ki, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin 25.01.2017-ci il tarixli 01 nömrəli əmri ilə yaradılmış Akkreditasiya Komissiyası fevral ayından işləyərək, müvafiq Yekun Hesabat hazırlayıb.

Hesabatda qeyd olunur ki, Dəniz Akademiyası Azərbaycan elminin dənizçilik istiqaməti üzrə elmi mərkəzdir və bu sahədə elmi tədqiqatların aparılmasında, normativ sənədlərin işlənilməsində, elmi-pedaqoji kadrların hazırlanmasında mühüm rol oynayır. Akademiya fəaliyyət göstərdiyi dövrdə təkcə respublikamiz üçün deyil, həmçinin bir çox xarici ölkələr üçün də yüksəkixtisaslı mütəxəssislər və elmi kadrlar hazırlayıb, dünyanın nüfuzlu elmi-tədqiqat mərkəzləri, beynəlxalq təşkilatlarla sıx əlaqələr yaradıb. Hazırda bu əlaqələr daha da genişlənərək xeyli zənginləşib.

Akkreditasiya Komissiyasının yekun qərarına görə, Azərbaycan Dövlət Dəniz Akademiyasının 5 illik fəaliyyəti “Dövlət Təhsil Standartları”nın tələblərinə uyğundur.

Qeyd edək ki, Azərbaycan Dövlət Dəniz Akademiyası 1996-cı ildə yaradılıb və fəaliyyət göstərdiyi 20 il ərzində Təhsil Nazirliyinin akkreditasiyasından ilk dəfədir uğurla keçib.



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: