Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

"Elektron xəritə" ilə elektrik enerjisi təchizatı bir gündə həll edilir

May 19
13:27 2017

" xəritə" ilə təchizatı bir gündə həll

13:57 19 May 2017
3 Ölkə
Ölkə mətbuatı
A- A+

“Azərişıq” ASC ilə “ASAN xidmət” mərkəzlərinin birgə fəaliyyətindən dörd ilə yaxın vaxt keçir. Bu müddət ərzində vətəndaşlara göstərilən xidmətdə mütəmadi yeniliklər edilib. Azərişıq” ASC-dən Milli.Az-a verilən məlumata görə, belə yeniliklərdən biri də mayın 18-dən başlayaraq Səyyar “ASAN Kommunal Xidmət” vasitəsi ilə Bakının Xəzər rayonunda gerçəkləşir.

Əhali və qeyri-əhali istehlakçı qrupuna aid sifarişçilərin enerji təchizatı şəbəkəsinə qoşulması və sayğacların quraşdırılması “Azərişıq” ASC-nin yeni xəritə sistemi vasitəsi ilə həyata keçirilir. Evinə, bağına və ya tikinti obyektinə işıq çəkdirmək istəyən vətəndaş Səyyar “ASAN Kommunal Xidmətə”  sənədlərini təqdim edir. Qeyd olunan  obyekt xəritənin məlumat bazasında müəyyən və şəbəkəyə qoşulması üçün məsafə, lazım olan mal-material, işin həcmi və görüləcək işlərin dəyəri müəyyənləşdirilir. Sifarişçi tərəfindən görüləcək işlərin dəyəri ödənildikdən sonra “Azərişıq” ASC-nin əməkdaşları operativ göstərilən ünvana yollanır, vətəndaşın obyektinə enerji xətti çəkilir, abonent üçün sayğac qurlaşdırılır.

Əvvəllər müraciətləri qeydə almaq, araşdırmaq, baxış keçirmək, məsafəni ölçmək, hesablamaq, qoşulma ilə bağlı xərclər, xəttini çəkmək və sayğacı quraşdırmaq üçün 10 gün vaxt lazım olurdusa, indi bir iş günü ərzində həllini tapır,şəffaflıq tam təmin olunur.

Qeyd edək ki, “ASAN Xidmət”lə “Azərişıq” ASC-nin birgə göstərdiyi xidmətlər təkcə abonentlərin enerji təchizatı şəbəkəsinə qoşulması prosesi ilə yekunlaşmır. Eyni zamanda  abonentlərin enerjisinə  ödənişlərinin (borclarının) araşdırılması, əhali və qeyri-əhali istehlakçısının ad dəyişməsi, üzləşmə aktlarının təqdim olunması, abonentin geniş tarixçəsinin verilməsi, smart kartların bərpası və yenilənməsi və s. xidmətlər göstərilir. Bütün bu müraciətlər “bir pəncərə” prinsipi əsasında təmin olunur.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: