Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Ermənistan silahlı qüvvələri mövqelərimizə 6 mərmi atıb

Ermənistan silahlı qüvvələri mövqelərimizə 6 mərmi atıb
May 19
08:56 2017


Bakı. Trend:

silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 0 millimetrlik minaatanlardan da ( ) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 113 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Qaymaqlı, Aşağı Əskipara kəndlərində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Hacıalılı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Qaraqaşlı, Kəngərli, Baş Qərvənd, Cəvahirli, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: