Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Hicran Hüseynova: “Qadınlar sosial şəbəkələrə, pis vərdişlərə, dini sektalara aludə olmamalıdır”

Hicran Hüseynova: “Qadınlar sosial şəbəkələrə, pis vərdişlərə, dini sektalara aludə olmamalıdır”
May 19
15:35 2017


© Report.az

Bakı. 19 may. REPORT.AZ/ “Bəzən deyirlər ki, idman qadınlar üçün deyil. Ancaq tarixə nəzər salanda qadınlarımızın kişilərlə birlikdə at çapdıqlarını, ox atdıqlarının şahidi olmuşuq. Zaman keçdikcə qadınlar bu streotipi qırmağı bacardılar”.

“Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hüseynova “Qızların fiziki sağlamlığı: Gələcək nəsillərin inkişafı” adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu gün Azərbaycanın qadın idmançıları bir çox beynəlxalq yarışlarda ilk yerləri tutublar: “Qadınların fiziki fəallığı kişilərə nisbətən az olsa da, gələcək sağlam nəslin yetişməsinə şərait yaratmış olur”.

“Bəzən komitəyə qadın sonsuzluğunun artması və buna səbəb kimi qadınların fiziki sağlamlığının yaxşı olmaması ilə bağlı müraciətlər daxil olur. İdmanla məşğul olmaq üçün cəmiyyətin valideynlərin düşüncə tərzlərini inkişaf etdirmək lazımdır. Qadınlar şəbəkələrə, pis vərdişlərə, dini aludə olmamalıdırlar” – H.Hüseynova əlavə edib. 



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: