Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

İslamiada: Azərbaycan suya tullananı qızıl medal qazanıb

İslamiada: Azərbaycan suya tullananı qızıl medal qazanıb
May 19
17:37 2017


Bakı. 19 may. REPORT.AZ/ “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yığması suya tullanma növündə növbəti medalını qazanıb. 

“Report”un məlumatına görə, qadınlar arasında 10 metrlik platformadan tullanmada Olqa Bıkovskaya fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, 275,85 xal toplayıb. Gümüş medalı 167,70 xal yığan indoneziyalı Della Harimurti, bürünc medalı isə 161,95 xalla türkiyəli Sinem Sağlam əldə edib. 

Qeyd edək ki, Azərbaycan suya tullanma növündə ilk medalı ötən gün Dmitri Sorokin qazanıb. 



Source link

Kateqoriya

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: