Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Mahmud Məmmədquliyev Avropa Şurası Nazirlər Komitəsinin iclasında iştirak edir

Mahmud Məmmədquliyev Avropa Şurası Nazirlər Komitəsinin iclasında iştirak edir
May 19
14:45 2017


© coe.int

Bakı. 19 may. REPORT.AZ/ Nikosiyada (Kipr) Avropa Şurasına 47 üzv dövlətin xarici işlər nazirlərinin görüşü keçirilir.

“Report” xəbər verir ki, görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir.

Nazirlər Komitəsinin iclasını Kipr Prezidenti Nikos Anastasiades açıb, iclasa isə Kiprin – sədr ölkənin xarici işlər naziri İonnis Kasulidis başçılıq edir.

İclasda XİN başçıları üzv ölkələrin hər birində terror qurbanlarına yardımın və kompensasiyanın yaxşılaşdırılması üçün yeni qaydalar qəbul ediblər.

Eyni zamanda, Nazirlər Komitəsi Avropada qaçqın uşaqlar və miqrant uşaqların müdafiəsi üzrə fəaliyyət planı qəbul edib.



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: