Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Musiqili Teatrda “O olmasın, bu olsun” komediyası nümayiş etdiriləcək

Musiqili Teatrda “O olmasın, bu olsun” komediyası nümayiş etdiriləcək
May 19
17:23 2017


Bakı. 19 may. REPORT.AZ/ Mayın 21-də Azərbaycan Dövlət Teatrının aktyoru Ağarəfi Rəhimovun anadan olmasının 65-ci ildönümüdür. 

Teatrın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bu münasibətlə Dövlət Teatrında mərhum aktyorun xatirəsi anılacaq. 

Dövlət Teatrının Truppa müdiri, əməkdar mədəniyyət işçisi Vidadi Həsənov bildirib ki, A.Rəhimov Azərbaycan teatr sənətində məxsusi yeri, çəkisi olan aktyorlardan biri olub: “Onun özünəməxsus ifa tərzini Teatrın sadiq tamaşaçıları indinin özündə də çox yaxşı xatırlayırlar. Ağarəfi Rəhimov uzun müddət Azərbaycan Dövlət Teatrında çalışıb, bir-birindən maraqlı obrazlara səhnə həyatı verib. Onun işıqlı xatirəsi qəlbimizdə daim yaşayacaq. Mayın 21-i saat 19.00-da Üzeyir Hacıbəylinin “O olmasın, bu ” iki hissəli komediyasının növbəti nümayişi Ağarəfi Rəhimovun 65 illiyinə həsr olunacaq”. 

Qeyd edək ki, Ağarəfi Hacıbaba oğlu Rəhimov 1952-ci il 9 may tarixində Bakı şəhərində anadan olub. 1972-ci ildə İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub və Rza Təhmasibin kursunda təhsil alıb. İlk səhnə fəaliyyətinə Şəki Dövlət Dram Teatrında başlayıb. 1977-1988-ci illərdə Azərbaycan Dövlət Teatrında (o vaxtki Komediya Teatrında) çalışıb.

1988-1996-cı illərdə Bakı Bələdiyyə “Tənqid Təbliğ” Teatrında işləyib. 1996-cı ildən yenidən Azərbaycan Dövlət Teatrında fəaliyyət göstərib və ömrünün sonuna qədər burada çalışıb.

“Bankir adaxlı”, “Bəydullanın möhtəşəm toyu”, “Əlin cibində ”, “92 dəqiqə gülüş”, “Nəgməli könül”, “10 min dollarlıq keyf” və s. tamaşalarda və “Üzeyir ömrü”, “Birisigün, gecəyarısı…”, “Evlənmək istəyirəm”, “İşarəni dənizdən gözləyin”, “Özgə ömür”, “Gülüş sanatoriyası”, “Qətl günü”, “Şirbalanın məhəbbəti”, “Yük”, “Kənddən gələn var”, “Yoxlama”, “Papaq” və başqa filmlərdə bir-birindən maraqlı rollarda oynayıb.

Ağarəfi Rəhimov 25 oktyabr 2005-ci ildə ürək tutmasından vəfat edib.



Source link

Kateqoriya

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: