Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Nizami Gəncəvi adına park kompleksi salınacaq

May 19
08:06 2017

Gəncəvi adına park salınacaq

08:28 19 May 2017
17 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə salınacaq böyük park- dahi Azərbaycan şairi və mütəfəkkiri Gəncəvinin adını daşıyacaq. Miqyasına və böyüklüyünə görə daha çox meşə massivini xatırladacaq park şəhərin şərq tərəfdən girişində, Gəncəvi xatirə muzeyinin arxasında salınacaq.

Publika.az xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev məlumat verib.

Elmar Vəliyev bildirib ki, park kompleksinin salınması üçün nəzərdə tutulan ərazi vaxtilə şəhərdəki hərbi hissələrdən birinin təlim meydanı kimi istifadə olunub. Hazırda hərbi hissələrin şəhər daxilindən köçürülməsi ilə əlaqədar həmin ərazi boş çöllük olaraq istifadəsiz qalıb. ANAMA-nın əməkdaşları yaxın vaxtlarda əraziyə baxış keçirəcək və çölün təhlükəsizliyini yoxlayacaqlar. Daha sonra isə yaşıllığın salınmasına və tikinti işlərinə başlanılacaq.

Gəncəvi adına park müəyyən sektorlara bölünəcək. Hər bir sektorda şairin müasirlərinin, eləcə də ondan sonra yaşamış ədiblərin 30-a yaxın heykəli ucaldılacaq.

Bütün gəncəlilərin və şəhərə gələn qonaqların ən sevimli istirahət yerlərindən biri olacaq bu məkanda həm də Gəncəvi ədəbi məktəbinin nümayəndələrinin əsərlərinə həsr olunan kompozisiyalar yer alacaq. (AZƏRTAC)

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: