Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Nurməhəmməd Hacıyev: “Son anda özümdə güc tapıb iranlı idmançıya qalib gəldim”

Nurməhəmməd Hacıyev: “Son anda özümdə güc tapıb iranlı idmançıya qalib gəldim”
May 19
22:12 2017


Bakı. 19 may. REPORT.AZ/ “Finalda bir az yorğun olduğum üçün İran idmançısı önə çxmışdı. Amma son anda özümdə güc tapıb ona gəldim.”

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş üzrə 97 kq çəki dərəcəsində qızıl medal mükafatçısı Nurməhəmməd Hacıyev deyib.

Onun sözlırinə görə, final görüşü ən çətin olub: “İranlı rəqibimi əsl rəqib hesab edirəm. Qələbəmə görə məşqçilərimə, baş məşqçimizə minnətdaram”.

O, dünya çempionatına hazırlaşacağını da deyib: “Dünya çempionatında iştirak etməyim hakimlərin qərarından asılıdır. Amma mən məşqlərimi davam etdirəcəm, hazırlaşacam”.



Source link

Kateqoriya

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: