Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Nyu-Yorkda sürücü avtomobili insanların üzərinə sürdü: 1 ölü, 23 yaralı – YENİLƏNİB

Nyu-Yorkda sürücü avtomobili insanların üzərinə sürdü: 1 ölü, 23 yaralı – YENİLƏNİB
May 19
07:31 2017


19.05.2017

07:48

Nyu- Tayms-skverdə avtomobilin piyadaları vurması nəticəsində 1 qadın ölüb və 23 nəfər xəsarət alıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Nyu-York meri Bill de Blazio mətbuat konfransında bildirib.

Merin sözlərinə görə, avtomoblin sürücüsü ABŞ vətəndaşı, ABŞ HDQ-nin sabiq hərbçisi olub və o, artıq saxlanılıb.

—————–

18.05.2017

21:39

Nyu-Yorkun mərkəzi meydanı – Tayms-skverdə avtomobilin böyük sürətlə piyadaların üstünə sürülməsi nəticəsində azı 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Nyu-York polisi yalnız onu təsdiqləyib ki, hadisə ilə əlaqədar 13 piyadaya tibbi xidmət göstərilib. Bununla yanaşı, şəhərin yanğın xidməti 1 nəfərin həlak olduğunu, daha 12 nəfərin zərər çəkdiyini bildirib.

Şahidlərin sözlərinə görə, sürücü meydanda müəyyənləşdirilən sürət həddini aşaraq hərəkətin əksinə sürüb və düşünülmüş şəkildə səkiyə çıxarıb.

Fox News telekanalı xəbər verir ki, sağ qalan sürücü həbs olunub. Onun hərəkətinin motivləri hələlik müəyyənləşməyib. Polisin gəldiyi ilkin qənaətə görə, hadisə terrorla əlaqəli deyil.

———–

20:55

ABŞ-da avtomobilin yoldan çıxaraq səkiyə çırpılması nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb.   

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Nyu-York şəhərindəki “Times meydanı”nda qeydə alınıb.

Şahidlər sürücünün qəsdən adamların üzərinə sürdüyünü və hadisədən sonra polisin bir nəfəri həbs etdiyini bildiriblər.  

Hadisənin yol qəzası, yoxsa terror aktı olması ilə bağlı araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: