Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Özbəkistanda 1500 nəfər dondurmadan zəhərlənib

Özbəkistanda 1500 nəfər dondurmadan zəhərlənib
May 19
09:43 2017


Bakı. 19 may. REPORT.AZ/ Özbəkistanın Əndican vilayətinin Şəhrixan rayonunda 1500 nəfərdən çox insan  zəhərlənib.

“Report” “CA-NEWS”a istinadən xəbər verir ki, rayonun bir neçə yüz sakininə ilkin tibbi yardım göstərilib.

İnformasiyaya əsasən, rayon xəstəxanalarından yalnız birində 200-ə yaxın zəhərlənən sakin yerləşdirilib. Onlardan 5 nəfəri reanimasiya şöbəsinə köçürülüb.

Əndican vilayəti Səhiyyə İdarəsindən bildirilib ki, zəhərlənənlərin hamısı Şəhrixan rayonunun mərkəzindəki “Maks” kafesində dondurma yeyiblər. 



Source link

Kateqoriya

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: