Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

TƏSDİQ: Dövlət universitetlərində elektron imtahan sisteminə müdaxilələr olub

May 19
13:00 2017

TƏSDİQ: Dövlət universitetlərində sisteminə müdaxilələr olub

13:27 19 May 2017
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir neçə hal olub ki, dövlət universitetlərində və tədris idarəetmə sisteminə müdaxilələr edilib. Universitetlərdə bəzi hallarda bunu hətta tələbələr edib. Onlar qiymətləri dəyişib və ya siliblər, şəffaflıq sistemini pozublar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu “Microsoft” şirkətinin Təhsil Proqramları üzrə meneceri Emin Axundov deyib.

Onun sözlərinə görə, bunun nəticəsi olaraq universitetlərin fəaliyyətində iş dayanıb, onların öz işlərini yenidən bərpa etməsi üçün yeni böyük xərclər yaranıb. E.Axundov qeyd edib ki, belə halların olmaması üçün müəssisələr daxillərindəki sistemləri qorumağı bacarmalıdırlar.

Menecer hesab edir ki, belə halla qarşılaşmaq istəməyən müəssisə istifadə etdiyi proqramların mənsəbini bilməlidir: “Müəssisə proqram təminatını bizdən almırsa, onu pirat üsulla əldə edir. Onun işləməsi üçün pirat dediyimiz cinayətkarlar ona müdaxilə etməlidirlər ki, proqram normal işləsin. Müdaxilə nəticəsində piratların həmin sistemə nə qoyduğu bilinmir. Bunu yalnız özləri bilirlər. Belə sistemlər üçün hər zaman təhlükə olur.

Buna görə də müəssisə bilməlidir ki, proqram haradan əldə olunub, onu hansı şirkət idarə edir, onun içərisinə nə qoyub. Ona görə də proqram təminatının lisenziyalaşdırılması çox vacibdir. Müəssisələr aldıqları proqramları məhz lisenziya qaydalarına uyğun olaraq, sahibkarlardan almalıdırlar. Bildiyimə görə, sistemlərinə müdaxilə olan universitetlərdə proqram təminatları lisenziya qaydalarına uyğun istifadə olunmayıb. Sistemə müdaxilənin bir səbəbi bu da ola bilər”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Source link

Kateqoriya

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: