Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

UEFA Gənclər Liqasına vəsiqə qazanan “Qarabağ” mükafatlandırılıb

UEFA Gənclər Liqasına vəsiqə qazanan “Qarabağ” mükafatlandırılıb
May 19
18:51 2017


Bakı. 19 may. REPORT.AZ/ AFFA-nın 19 yaşadək futbolçular arasında təşkil etdiyi Azərbaycan çempionatına yekun vurulub. “Report”un məlumatına görə, XXXIII turda AZAL-la qarşılaşan və 7:0 hesabı ilə qələbə “Qarabağ” Liqanın qalibi olub. 

Oyun başa çatdıqdan sonra qalib komandaya qızıl medallar və çempionluq kuboku təqdim edilib.

Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov və “Qarabağ” Futbol Klubunun vitse-prezidenti Tahir Gözəl təqdim ediblər.

Qeyd edək ki, “Qarabağ”ın U-19 komandası yeni mövsümdə Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək. Komandanın baş məşqçisi Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovdur.



Source link

Kateqoriya

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: