Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

​Musiqili Teatrda aktyor Ağarəfi Rəhimovun xatirəsi anılacaq

​Musiqili Teatrda aktyor Ağarəfi Rəhimovun xatirəsi anılacaq
May 20
01:33 2017


Bu günlərdə özünəməxsus ifa tərzi və koloritli
yumor hissi ilə tamaşaçıların yaddaşında iz qoyan Azərbaycan Dövlət
Teatrının aktyoru Ağarəfi Rəhimovun 65 yaşı tamam olur.

Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu Metbuat.az-a açıqlama verərək, bu münasibətlə Dövlət Teatrında mərhum aktyorun xatirəsinin anılacağını bildirib. “Ağarəfi RəhimovAzərbaycan teatr sənətində məxsusi yeri, çəkisi olan aktyorlardan biri olub. Onun özünəməxsus ifa tərzini Teatrın sadiq tamaşaçıları indinin özündə də çox yaxşı xatırlayırlar. Ağarəfi Rəhimov uzun müddət Azərbaycan Dövlət Teatrında çalışıb, bir-birindən maraqlı obrazlara səhnə həyatı verib. Onun işıqlı xatirəsi qəlbimizdə daim yaşayacaq. Mayın 21-i saat 19.00-da Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” iki hissəli komediyasının növbəti nümayişi Ağarəfi Rəhimovun 65 illiyinə həsr olunacaq”, – deyə Dövlət Teatrının Truppa müdiri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Vidadi Həsənov bildirib.

Ağarəfi Hacıbaba oğlu Rəhimov 1952-ci il 9 may tarixində Bakı şəhərində anadan olub. 1972-ci ildə İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub və Rza Təhmasibin kursunda təhsil alıb. İlk səhnə fəaliyyətinə Şəki Dövlət Dram Teatrında başlayıb. 1977-1988-ci illərdə Azərbaycan Dövlət Teatrında (o vaxtki Komediya Teatrında) çalışıb.

1988-1996-cı illərdə Bakı Bələdiyyə “Tənqid Təbliğ” Teatrında işləyib. 1996-cı ildən yenidən Azərbaycan Dövlət Teatrında fəaliyyət göstərib və ömrünün sonuna qədər burada çalışıb.

“Bankir adaxlı”, “Bəydullanın möhtəşəm toyu”, “Əlin cibində olsun”, “92 dəqiqə gülüş”, “Nəgməli könül”, “10 min dollarlıq keyf” və s. tamaşalarda və “Üzeyir ömrü”, “Birisigün, gecəyarısı…”, “Evlənmək istəyirəm”, “İşarəni dənizdən gözləyin”, “Özgə ömür”, “Gülüş sanatoriyası”, “Qətl günü”, “Şirbalanın məhəbbəti”, “Yük”, “Kənddən gələn var”, “Yoxlama”, “Papaq” və başqa filmlərdə bir-birindən maraqlı rollarda oynayıb.

Ağarəfi Rəhimov 25 oktyabr 2005-ci ildə ürəktutmasından vəfat edib.

Aytən Novruzova / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Source link

Kateqoriya

Facebook Auto Publish Powered By : XYZScripts.com