Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

3X3 basketbol komandalarımız 1/4 finalda

3X3 basketbol komandalarımız 1/4 finalda
May 20
01:04 2017


Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 3X3 komandaları 1/4 finala yüksəliblər.

Trend-in məlumatına görə, bu mərhələdə qadınlardan və kişilərdən ibarət millilərimiz müvafiq olaraq İndoneziya yığmaları ilə qarşılaşacaq.

Qadın idmançılarımız bu mərhələni adlayarsa, yarımfinalda Türkiyə – Əlcəzair, kişi basketbolçularımız isə Kot-d’İvuar – Türkiyə cütlüyünün qalibi ilə mübarizə aparacaq.

1/4 final görüşləri sabah keçiriləcək.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.



Source link

Kateqoriya

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: