Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Bakıda Türkiyənin mədəniyyət və turizm günləri keçiriləcək (FOTO)

Bakıda Türkiyənin mədəniyyət və turizm günləri keçiriləcək (FOTO)
May 20
01:39 2017


Bakı. Trend:

Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Müşavirliyinin təşkilatçılığı ilə Bakıda mayın 20-dən 21-dək Türkiyənin mədəniyyət və günləri keçiriləcək.

Səfirliyin Mədəniyyət və müşavirliyindən Trend-ə verilən məlumata görə, tədbir “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Azərbaycan Mədəniyyət və Nazirliyinin təşəbbüsü ilə keçirilən İslam ölkələrinin “Mədəniyət günləri” çərçivəsində baş tutacaq.

Səfirliklə yanaşı, İstanbul Böyükşəhər Bələdiyyəsinin də dəstək verdiyi tədbirə Türkiyədən 100 nəfərə yaxın sənət ustası qatılacaq.

Tədbir iki gün ərzində səhər saat 11-00-dan gecə 00:00-dək davam edəcək. Proqrama uyğun olaraq ziyarətçilərə saat 15:00, 16:00, 19:00, 20:00 və 21:00-da bir-birindən maraqlı konsertlər təqdim olunacaq.

Tədbirdə Türkiyənin Mədəniyyət və Nazirliyinin Dövlət Xalq Rəqsləri Ansamblı, Tarixi Mehtaran Ansamblı (https://www.youtube.com/watch?v=Y4o7ttdxdKk ), Türk xalq musiqisindən Volkan Gözüböyük (https://www.youtube.com/watch?v=Pvzy3s5cCIM), Meltem Seyfelioğlu (https://www.youtube.com/watch?v=syONZBgU61M), Türk sənət musiqisindən Günay Şimşek (https://www.youtube.com/watch?v=sf1dFbVoaIc), Yıldız Çam Özdemir (https://www.youtube.com/watch?v=CkRtsy7j31s) kimi görkəmli sənət ustaları iştirak edəcəklər. Bundan başqa Türkiyənin Dövlət Operasının məşhur tenoru Emrah Sözer (https://www.youtube.com/watch?v=JTBeGSdXMdM ) və sopranosu Aslı Kıyıcı (https://secure.dobgm.gov.tr/opera2013/wsan2013.aspx?SicilNo=921) ziyarətçilərə ayrı-ayrı operalardan parçalar təqdim edəcəklər.

Tədbirin xüsusi qonaqları arasında Niran Ünsal və Burak Kut kimi populyar müğənnilər var. N.Ünsal şənbə, B.Kut isə bazar günü, gecə saat 21:00-da pərəstişkarları ilə görüşəcək.

Sabir bağında iki gün ərzində Türkiyənin çini (dulusçuluk), ebru, hüs-i hat, naxış-telqırma-telsarıma, sədəfkarlıq və digər əli işi sənəti ustaları öz məharətlərini göstərəcəklər. Bundan başqa, Türkiyənin Mədəniyyət və Nazirliyinin özəl nəşrləri, təbliğat materialları, Türk Dünyası Vəqfinin kitabları və türk yazıçı-şairlərinin Azərbaycanda çap olunmuş əsərləri sərgilənəcək. Həmçinin, tədbir meydanındakı böyük ekranlarda Türkiyənin tanıtım filmləri nümayiş olunacaq.

Qeyd edək ki, tədbirin açılış mərasimi sabah saat 18:00-da baş tutacaq. Mərasimdə Türkiyənin Azərbaycandakı səfirliyi, Türkiyə Mədəniyyət və Nazirliyi və Azərbaycan Mədəniyyət və Nazirliyinin rəsmi nümayəndələri, media mənsubları və çoxsaylı qonaqlar iştirak edəcəklər.



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: