Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Baybakov fondu Rusiya Ali Məhkəməsinə ÜAK-la bağlı müraciət edib

Baybakov fondu Rusiya Ali Məhkəməsinə ÜAK-la bağlı müraciət edib
May 20
01:10 2017


Bakı. Trend:

paytaxtında fəaliyyət göstərən N.K. adına İqtisadi İnkişafın Təşviqi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi ilə əlaqədar Ali Məhkəməsinə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciətdə bu ilin aprelində Federasiyası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü və bununla əlaqədar hər iki ölkə başçısının qarşılıqlı ismarıcları xatırladılır. Qeyd olunur ki, prezidentlər ölkələrimiz arasında strateji tərəfdaşlığın gələcəkdə də inkişafına əminliklərini bildirmiş, həmçinin, bu münasibətlərin, çoxşaxəli fəaliyyətin bundan sonra da regionda sülh, sabitlik və tərəqqiyə, xalqlarımızın mənafeyinə xidmət edəcəyini vurğulamışlar.

N.K. adına İqtisadi İnkişafın Təşviqi Fondunun müraciətində deyilir ki, bütün bunların fonunda Rusiyanın ən böyük ictimai təşkilatının, o cümlədən bizim də 15 ildir əməkdaşlıq etdiyimiz ÜAK-ın qeydiyyatının RF Ali Məhkəməsi tərəfindən ləğvi dərin təəssüf doğurur: “Ümumrusiya Azərbaycan Konqresi fəaliyyət göstərdiyi müddətdə Federasiyasının qanunlarına riayət edib. Sosial-siyasi sabitlik, Rusiyanın siyasi sisteminə sədaqət, ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi ÜAK-ın prioritet vəzifələri olub”.

N.K. adına İqtisadi İnkişafın Təşviqi hesab edir ki, Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi haqqında qərar ciddi siyasi və strateji səhvdir: “Biz ümid edirik ki, rəhbərliyi ölkənin ən böyük ictimai təşkilatının – ÜAK-ın fəaliyyətinin bərpasına dəstək olmaq üçün bütün tədbirləri görəcək”.



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: