Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

İraqda baş vermiş partlayışlarda 11 nəfər həlak olub – YENİLƏNİB

İraqda baş vermiş partlayışlarda 11 nəfər həlak olub – YENİLƏNİB
May 20
00:56 2017


© Courtesy İmage

Bakı. 20 may. REPORT.AZ/ İraqda baş vermiş iki partlayışda azı 11 nəfər həlak olub.

“Report”un məlumatına görə, bu barədə “Reuters” yerli polisə istinadən xəbər verib. 

Ölənlərdən 4-ü polis əməkdaşlarıdır.

Xəbərdə bildirilir ki, hadisə zamanı daha 20 nəfər xəsarət alıb.

***00:18

İraqda daha iki partlayış törədilib.

“Report”un məlumatına görə, bu barədə “Al Sumaria” telekanalı xəbər verib.

Xəbərdə bildirilir ki, hər iki partlayış paytaxt Bağdadda qeydə alınıb. Belə ki, Bağdadın cənubundakı Əbu-Daşir ərazisində, polis məntəqəsinin yaxınlığında minalanmış avtomobil partladılıb. İkinci partlayış isə təhlükəsizlik qüvvələrinin nəzarət yoxlama məntəqəsinin yaxınlığında törədilib. Nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Qeyd edək ki, bundan əvvəl də ölkənin cənubunda, Bəsra vilayətində, nəzarət-buraxılış məntəqəsində terror aktı baş verib. Minalanmış avtomobilin partladılması nəticəsində bir neçə nəfər ölüb. Ölənlərdən 2-i hərbçilərdir. Hadisə zamanı habelə avtobusda olan bir neçə dinc sakin də həlak olub. 



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: