Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Müdafiə Nazirliyi ermənilərin yaydığı videoya münasibət bildirdi

Müdafiə Nazirliyi ermənilərin yaydığı videoya münasibət bildirdi
May 20
01:00 2017

Ermənistan tərəfi Azərbaycan Silahlı Qüvvələrinin guya öz bölmələrinin mövqelərini minaatanlardan vurmasını əks etdirən videomaterial yayıb”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, döyüş meydanında məğlubiyyətə düçar olan Ermənistan tərəfi bunun əvəzini virtual məkanda çıxmağa uğursuz cəhdlər göstərir:

“Hazırda cəbhənin müxtəlif istiqamətlərində, o cümlədən TərtərAğdərə istiqamətində yerləşən ön xətt bölmələrimiz hazırlıq planına əsasən döyüş vəziyyətinə uyğun şəraitdə atış məşqləri keçirir. Videodakı partlayışlar isə ermənilərin iddia etdikləri kimi 60 millimetrlik minaatan mərmiləri yox, təlimdə istifadə edilən əl qumbaralarının partlayışıdır. Hətta mütəxəssis olmayan, silahdan azacıq anlayışı olan şəxs belə bu partlayışların minaatanların mərmilərinə aid olmadığını asanlıqla təyin edə bilər”. (APA)

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Source link

Kateqoriya

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: