Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
May 20
00:50 2017


Ucarda iki maşının iştirakı ilə vurulan  piyada hadisə yerində ölüb. Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Alpout kəndindən keçən hissəsində baş .

Sürücüsü hələlik məlum olmayan 20 DC 331 dövlət nömrə nişanlı “Skoda” markalı minik maşını yolu keçən piyada rayonun Alpout kənd sakini, 1970-ci il təvəllüdlü Bayram Mirzəhüseyin oğlu Kərimovu vurub.

 

Şahidlərin sözlərinə görə, hadisə törədən sürücü zərərçəkənə kömək etmək istəsə də Gəncə istiqamətdə yüksək sürətlə hərəkət edən “İkarus” markalı avtobus B. Kərimovun üstündən keçib və o, maşını saxlamayaraq  hadisə yerindən qaçıb. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Milli.Az



Source link

Kateqoriya

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: