Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

“Sülhün bərqərar olması üçün böyük imkanlar var”

“Sülhün bərqərar olması üçün böyük imkanlar var”
May 20
01:07 2017


ABŞ prezidenti Donald Tramp İsrail səfəri öncəsi İsrail-Fələstin sülhünün reallığından bəhs edib.

Metbuat.az bildirir ki, İsrailin “HaYom” qəzetinə reportaj verən Tramp bunları deyib:

“İsrail və Fələstin arasında sülhün bərqərar olması üçün böyük imkanların olduğuna inanıram.

İsrail xalqını sevirəm. Deyə bilərəm ki, bu iki ölkə arasında münasibətlərin yaxşılaşması üçün ciddi səy göstərirəm. Bizim bu məsələ üzərində çalışan xüsusi komandamız var. Məsələn, Ceyson Qrinblatt və Deyvid Fridmanın adını çəkə bilərəm. Sülhün gözləniləndən daha qısa bir zaman ərzində əldə olunacağına ümid edirəm”.

Qeyd edək ki, Donald Tramp bazar ertəsi İsrailə səfər edəcək.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: