Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

“WhatsApp” və “Skype” vasitəsilə beynəlxalq danışıqlara niyə məhdudiyyət qoyulub?

“WhatsApp” və “Skype” vasitəsilə beynəlxalq danışıqlara niyə məhdudiyyət qoyulub?
May 20
01:47 2017


Bir neçə gündür ki, “” və “” ilə beynəlxalq danışıqlara məhdudiyyətlər tətbiq edilib.

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məsələ ilə bağlı Metbuat.az-a açıqlama verib:

“Hamı bunun səbəbini axtarır. Elə bizdən də soruşanlar olur. Düşünürəm ki, bu məsələyə aydınlıq gətirməli olan yeganə qurum Rabitə və Yüksək Texnologiyalar nazirliyidir. Hələlik sektorda tənzimləyici qurum bu nazirlikdir. Təəssüf ki, onlar da rəsmi açıqlama verməyib.

Apardığımız araşdırmalar və monitorinqlərin nəticəsi onu deməyə əsas verir ki, məhdudiyyətlər RYTN–nin göstərişi ilə mobil operatorlar və “backbone” provayderlər tərəfindən həyata keçirilib. Bizdə artıq çox düzgün bir praktika formalaşıb ki, tənzimləyici qurumun rəsmi göstərişi olmadan provayderlər hər hansı bloklama aparmır. Düşünürəm ki, bu addım ölkədə beynəlxalq yarışların keçirilməsi ilə əlaqədar olaraq, təhlükəsizlik məsələləri və güman ki, həm də internet trafikin həddindən artıq yüklənməsinin qarşısını almaq məqsədilə həyata keçirilib.

Əlbəttə, bu prosesdə maraqlı tərəflər də var. Sirr deyil ki, internet üzərindən aparılan danışıqlar mobil operatorların büdcəsinə xeyli ziyan vurur. Atılan addım bilavasitə vətəndaşların informasiya münasibətlərinin məhdudlaşdırılmasıdır. Bu isə qanunvericiliklə həll olunmalıdır. Düşünürəm ki, dezinformasiyaların yayılmaması üçün real vəziyyətlə bağlı RYTN-nin açıqlama verməsi doğru olardı. Xüsusən də artıq bloklanma ilə bağlı yenicə qəbul olunan qanunumuz var”.

Aytən Novruzova / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Source link

Kateqoriya

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: