Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Orqanizmi qocalmağa qoymayan 6 cavanlıq cövhəri haqqında bilmədikləriniz

Orqanizmi qocalmağa qoymayan 6 cavanlıq cövhəri haqqında bilmədikləriniz
May 29
20:50 2017


Gözəl görünmək üçün ağır pəhrizlər saxlamaq şərt deyil, sadəcə qidalanma rassionuna faydalı məhsullar əlavə etmək sizə özünüzü daha yaxşı hiss etməyə və görünməyə kömək edəcək.

Milli.Az mənbəyi ilə tanış edir.

Düzgün qidalanır, idmanla məşğul olursunuz, amma özünüzü həmişə yorğun hiss edirsiniz? Bunun başlıca səbəbi vitamin çatışmazlığıdır. Mikroelementlərin çatışmazlığı eyni zamanda pis əhval-ruhiyyə, dəri rənginin tutqunlaşmasına, iştahanın pozulmasına səbəb ola, həm də sinirlərdə qeyri-sabitlik yarada bilər. Məsələ ondadır ki, dərmanlarla yetişdirilən meyvə və tərəvəzlərdə lazımi qədər vitamin olmur və hamımızın hər gün qızıl balıq almağa imkanı da olmaya bilər.

Эликсир молодости: добавок для поддержания красоты и здоровья

Ancaq siz konkret problemi həll etmək istəyirsinizsə, onda vitamin həbləri qəbul edin. Orqanizmdə faydalı maddə balansının saxlanması üçün multivitamin kompleksi qəbul etmək vacibdir.

1. Kollagen

Kollagen dəri elastikliyi, saç və dırnaqların sağlamlığına görə cavabdehlik daşıyır. Sümüklərin, qığırdaqların, əzələlərin, vətər və bağların tərkibinə kollagen daxildir. Başqa sözlə desək, kollagen – bütün orqanlar üçün birləşdirici toxuma rolunu oynayan, xüsusi yağışdırıcı zülaldır.

Lakin yaşlandıqca kollagenin istehsal prosesi zəifləyir və ilk olaraq dərinin vəziyyəti ilə özünü göstərir. Kollagen çatışmazlığı dəri qocalmasıın əsas səbəbidir. Dəri möhkəmlik və elastikliyini itirir, üst təbəqəsi nazikləşir, quruluq əmələ gəlir və nəticədə ilk qırışlar yerini tutur.

Kollagen sellülitlə mübarizədə gözəl köməkçi və əla zülal mənbəyidir. Səhər yeməyində smuziyə bir-iki qarış kollagen tozu əlavə etmək özünü tox hiss etməyə imkan verəcək. Kollagen zərdabları və kremləri isə dərinin qocalmasının qarşısını alacaq.

Fol turşusu

Fol turşusu təkcə hamiləlik vaxtı lazım deyil lazımdır. O, metabolizmi amin turşuları ilə təmin edir və pis əhval-ruhiyyənin öhdəsindən gəlməyə kömək edir. Az tərəvəz qəbulu, mütəmadi olaraq antibiotik istifadə etmək və tez-tez qəhvə içmək onun səviyyəsini azaldır. Fol turşusu meyvə və tərəvəzlərin tərkibində olur. Lakin orqanizmin fol turşusu ehtiyacını ödəmək üçün təxminən yarım kiloqram meyvə-tərəvəz yemək lazımdır. Ona görə də fol həblərini qəbul etmək daha rahatdır, bir kapsula bütün B vitamini kompleksi daxil edilir.

Omeqa-turşuları

Gözəlliyin keşiyində dayanan məhsullardan biri də Omeqa-3 və Omeqa- yağlarıdır. Onu orqanizm özü istehsal edə bilmir, bu səbəbdən də omeqa yağlarını xaricdən almaq lazımdır. Omeqa-3 yağı əsasən balıq, qoz, fındıq və s. bitkilərin tərkibinə daxildir. Omeqa-turşuları dərinin qocalması prosesini ləngidir, immun sistemini dəstəkləyir və ürəyin işini yaxşılaşdırır. Yeri gəlmişkən Viktoriya Bekhem, Cennifer Lopes, Salma Hayek və digər ulduzların gündəlik rasionuna qızıl balq təşkil edir.

Biotin

Bu vitamin qrupu saçlarının gur və güclü olmasını istəyən istəyən hər kəs üçün lazımdır. aydan çox olmayaraq, gündə 1 və ya 2 dəfə qəbul edin. Biotin həmçinin sinir sisteminin işi normallaşdırmağa kömək edir. Nəticədə daha rahat yatacaq, daha az stress keçirəcəksiniz.

D vitamini

Bu vitamini orqanizm ultrabənövşəyi şüaların təsiri altında istehsal edir. O, nəinki sümüklərin möhkəmlənməsini dəstəkləyir, sümük əriməsinin qarşısını alır, həm əhval-ruhiyyəni yaxşılaşdırır, həm də metabolizmin fəaliyyətinə görə cavab verir. D vitamini hormon kimi fəaliyyət göstərir. O, balıq, kərə yağı, qatıq və pendir kimi ağartı məhsullarının tərkibində olur. Lakin D vitaminini əlavə kapsullar və ya inyeksiya şəklində qəbul etmək olar.

Lipoik turşusu

Arıqlamağa kömək edir, bədənə əlavə enerji verir, sinir sistemini qoruyur. Lipoik turşusu beyinə təsir edir, iştahaya nəzarət edir və aclıq hissini boğur, həmçinin qaraciyərdə yağ toplanmasına mane olur. O, süd məhsullarında, brokkoli və subtropik bitkilərin tərkibində saxlanılır. Daha səmərəli mənimsənilməsi üçün lipoik turşusunun həbləri seçin. Amma yadda saxlayın ki, alkoqol həblərin təsirini sıfıra endirir. Odur ki, qəbul zamanı spritli içkilərdən imtina etmək lazım gələcək. (publika.az)

Milli.Az



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: