Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Avtomoillərin nömrələrində defis simvollarının və çərçivə xəttinin silinməsi hallarının aradan qaldırılması üçün bir ay vaxt verilib

Avtomoillərin nömrələrində defis simvollarının və çərçivə xəttinin silinməsi hallarının aradan qaldırılması üçün bir ay vaxt verilib
October 12
17:39 2017


Bakı, 12 oktyabr, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Baş Yol Polisi İdarəsi mexaniki nəqliyyat vasitələrinin qeydiyyat nişanları standartlarının tələbləri ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

İdarədən AZƏRTAC-a bildiriblər ki, son vaxtlar bəzi nəqliyyat vasitələrinin qeydiyyat nişanlarında qanunvericiliklə nəzərdə tutulmuş standartların tələblərinin pozulması hallarına rast . Belə ki, ayrı-ayrı sürücülər guya daha gözəl göründüyünü düşünərək nömrələrin üzərinə həkk olunmuş defis simvollarını bilərəkdən müxtəlif üsullarla silirlər. nəzərə almırlar ki, bu hərəkət qayda pozuntusu hesab edilir. Yəni, sürücünün kiçik xətt hesab etdiyi simvolun pozulması qeydiyyat nişanları standartının tələblərinin pozulması kimi qiymətləndirilir. Bu da nəticədə YPX əməkdaşı tərəfindən sürücünün cərimə olunmasına şərait yaradır.

Qeyd olunanları nəzərə alaraq, DİN Baş Yol Polisi İdarəsi nəqliyyat vasitələri sahiblərinin və sürücülərin diqqətinə çatdırır ki, nəqliyyat vasitələrinin qeydiyyat nişanlarında qanunvericiliklə nəzərdə tutulmuş standartların tələblərinin pozulması (defis simvollarının, çərçivə xəttinin silinməsi) hallarının qaldırılması üçün 1 ay müddətində vaxt verilir. Əks halda nəqliyyat istismarı qadağan olunmaqla sürücülər inzibati məsuliyyətə cəlb ediləcək, eləcə də xüsusi vasitələrin köməyi ilə qeydə alınan digər qayda pozuntuları ilə bağlı tərtib edilmiş elektron protokolardakı görüntülərdə belə hallar aşkar olunduğu təqdirdə inzibati xətaya yol vermiş şəxslər haqqında əlavə inzibati tənbeh görüləcək.

AZERTAG. :Avtomoillərin nömrələrində defis simvollarının və çərçivə xəttinin silinməsi hallarının qaldırılması üçün bir ay vaxt verilib

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: