Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

“YARAT” Müasir İncəsənət Məkanı ilk “M.A.P” Bakı İncəsənət Festivalını təqdim edir

“YARAT” Müasir İncəsənət Məkanı ilk “M.A.P” Bakı İncəsənət Festivalını təqdim edir
October 12
19:43 2017


Bakı, 12 oktyabr,

“YARAT” Müasir İncəsənət Məkanı noyabrın 1-dən 6-dək “M.A.P” Bakı İncəsənət Festivalını keçirəcək.

“YARAT”dan -a bildirilib , festivalın bədii məqsədi və yüksək hədəfi, növbədə, gənc nəslə müasir teatr sənətinin mahiyyətini çatdırmaqdır. Məhz bu festivalın təşkilatçısı teatr banilərimizin maarifpərvər ideyalarına üz tutacaq, böyük uğur qazanmış modern teatrın əsərlərini nümayiş etdirəcək, musiqi ilə səhnə arasında dərin əlaqələri üzə çıxaracaq.

Vaxtı ilə Azərbaycan teatrını yaradan dahi sənət vurğunu idilər. Teatra böyük ümid bəsləyən həmin əmin idilər , hər bir xalqın teatrı – onun mənliyinin güzgüsüdür. Onların xəyallarına belə gəlməzdi , bir dövr yetişəcək , teatra tam laqeyd olacaq və onların nəvə-nəticələri sosial şəbəkələrdəki ünsiyyəti üstün tutacaqlar. Bu fenomeni araşdıranlar teatr böhranından, internetin təsirindən və zamanın tələblərindən nə qədər danışsalar belə, “YARAT” Müasir İncəsənət Məkanı əmindir , teatr insanlara hava və su kimi lazımdır. Sözsüz, teatrı yaradan da, yaşadan da bu sənətə məcnunsayağı vurğun olan insanlardır. “M.A.P” Bakı İncəsənət Festivalının qəhrəmanları da məhz belə şəxsiyyətlərdir. Onların istedadı, peşəkarlığı bir təsir qüvvəsinə malikdir , gəncləri, yaşlı nəsli öz ovsununa salacaqdır.

“Bakcell” şirkətinin dəstəyi ilə keçiriləcək festivalda adları aşağıda qeyd edilən tamaşalar nümayiş olunacaq:

“Bir əsgərin hekayəti” – -tamaşasının premyerası, bəstəkar İqor Stravinski, rejissor Mehdi Məmmədov, dirijor Yalçın Adıgözəlov (Azərbaycan)

“Gülməli adamın yuxusu” – “Pyotr Fomenkonun Emalatxanası” teatrı (Rusiya)

“Ked” – “Praktika” teatrı (Rusiya)

“Troya zövcələri” – “Royal District” teatrı (Gürcüstan)

“Birgə yaşama” – “Eskizı v prostranstve” aktyor qrupu (Rusiya)

“Sovrulanlar” baleti – “Novıy ” teatrı (Rusiya)

“Çevrilmə” baleti – “Novıy ” teatrı (Rusiya)

“Bolero” baleti – “Novıy ” teatrı (Rusiya)

Festival çərçivəsində, həmçinin üç gün “Gaga Intensive” müasir məktəbinin (İsrail), eləcə də Ruslan Malikovun rejissor sənətinə dair ustad dərsi (“Praktika” teatrı, Rusiya) keçiriləcək.

Aktyor və rejissor Oleq Lyubimovun (“Pyotr Fomenkonun Emalatxanası” teatrı, Rusiya), səhnə dekoratoru, rəssam Alisa Malikovanın (“Praktika” teatrı, Rusiya) mühazirələri də festivalın yaddaqalan tədbirlərindən olacaq.

Festivalın konsert proqramına Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Bencamin Brittenin “Frenk Bric mövzusuna dair variasiyalar”ı, Sofiya Qubaydulinanın “Fachwerk” əsəri daxildir. Orkestrə Xalq Artisti Yalçın Adıgözəlov dirijorluq edəcək. Konsertin solisti Roman Yusipey (Almaniya) olacaq.

AZERTAG.AZ :“YARAT” Müasir İncəsənət Məkanı “M.A.P” Bakı İncəsənət Festivalını təqdim edir

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: