Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Həkim-nevropatoloq: Başağrısı 40-a yaxın xəstəliyin əlaməti ola bilər

Həkim-nevropatoloq: Başağrısı 40-a yaxın xəstəliyin əlaməti ola bilər
October 17
19:14 2017


Bakı, oktyabr, AZƏRTAC

Son vaxtlar baş ağrılarından şikayətlənməyən yoxdur, az qala əhalinin üçdə ikisi həmin problemlə əlaqədar narahatlığını bildirir. AZƏRTAC xəbər verir ki, Universitetinin Cərrahiyyə Klinikasının həkim-nevropatoloqu Yeganə Rəşidova mətbuat xidmətinə bu barədə müsahibə .

Həkim-nevropatoloq deyib: “Son vaxtlar müraciətlərin çoxu başağrıları ilə əlaqədardır. Demək olar ki, bütün yaş təbəqələrində, necə deyərlər, 7-dən 77-yə hamı başağrısından şikayətlənir.

Başağrısı -a yaxın xəstəliyin aparıcı simptomu ola bilir. Amerikalı alimlər ən çox hansı xəstəliklə bağlı həkimə müraciət edilməsi barədə araşdırma aparıblar. Məlum ki, müraciətlərin 70 faizini başağrıları təşkil edir. Bunun üzərinə xəstələrin özlərini evdə müalicə olunduqlarını, həkimə müraciətdən qorxma hallarını və məsələləri də gəlsək, onda xəstələrin müraciətini əks etdirən həmin rəqəm bir qədər də artar.

Başağrısı zamanı aptekdən dərmanı alıb atmaq düzgün deyil, mütləq həkim müayinəsinə ehtiyac var. Əgər həmin ağrılar həftədə iki dəfə narahatlıq yaradırsa, nevropatoloqa müraciət etmək lazımdır”.

Həkim-nevropatoloq müsahibə zamanı daha sonra deyib: “Başağrısının səbəbləri müxtəlif . Məsələn, xroniki və kəskin travmalar, infeksion xəstəliklər nəticəsində yaranan ağrılar var. Həcmli törəmələr, yəni şiş xəstəlikləri zamanı da baş nahiyəsində ağrılar əmələ gəlir. Həmin əlamətlər yarananda ağrılar əsasən səhər vaxtına təsadüf edir, adətən ürəkbulanma və qusma ilə müşahidə . Damar mənşəli başağrıları isə əhali arasında geniş yayılmış miqren xəstəliyinin əlamətidir. Miqren xəstələrində adətən başın bir hissəsi kəskin ağrıyır və adi işıq zolağı, ani səs onlarda narahatlığa səbəb . Miqrendən əziyyət çəkənlərdə də qusma hallarına rast gəlinir. Arterial təzyiqin qalxması və enməsi nəticəsində də başda kəskin ağrılar yaranır. Bundan başqa, boyun yırtığı və osteoxondroz da başağrısına səbəb . Başağrıları müxtəlif xəstəliklərin göstəricisi ola bilər, xəstəliyə yalnız müayinələr nəticəsində düzgün diaqnoz qoymaq mümkündür. Ona görə də həkimdən qaçmaq yox, həkimə müraciət etmək və yaranan sağlamlıq problemi ilə əlaqədar iş-işdən keçəndən sonra yox, yoxlanılmaq lazımdır”.

AZERTAG.AZ :Həkim-nevropatoloq: Başağrısı -a yaxın xəstəliyin əlaməti ola bilər

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com