Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Teatr Xadimləri İttifaqında növbəti tədbir görkəmli bəstəkar Tofiq Quliyevə həsr edilib

Teatr Xadimləri İttifaqında növbəti tədbir görkəmli bəstəkar Tofiq Quliyevə həsr edilib
November 27
19:26 2017

Bakı, 27 noyabr, Ceyhun Alışlı, AZƏRTAC

Noyabrın 27-də Teatr Xadimləri İttifaqında görkəmli bəstəkar, Xalq Artisti Tofiq Quliyevin illiyinə həsr edilmiş “Günəş kimi saçan musiqi” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı Milli Konservatoriyasının təşkilatçılığı ilə reallaşan tədbirdə respublikanın tanınmış mədəniyyət incəsənət xadimləri iştirak ediblər.

Aparıcısı Xalq Artisti Hacı İsmayılov olan tədbir Prezident İlham Əliyevin Tofiq Quliyevin illiyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən təşkil olunub.

Əvvəlcə qonaqlar sənətkarın yaradıcılığını əks etdirən fotosərgiyə baxıblar.

Tədbirdə Milli Konservatoriyasının rektoru, Xalq Artisti Siuavuş Kərimi çıxış edərək sənətkarın yaradıcılığından danışıb, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərini qeyd edib.

Vurğulanıb ki, musiqi salnaməsini yaradan şəxsiyyətlər sırasında bəstəkar, dirijor, pianoçu, folklorşünas, ictimai xadim, Xalq Artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin də özünəməxsus yeri vardır. Onun ürək açan mahnıları, orijinal estrada əsərləri, mükəmməl musiqisi, operettaları, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda populyarlıq qazanaraq bu gün də sevilə-sevilə ifa olunur. Böyük bəstəkarın sənətinə dövlət tərəfindən göstərilən diqqət qayğı da bir növ onun xatirəsinə olan ehtiramın bariz nümunəsidir. Prezidenti İlham Əliyevin Tofiq Quliyevin illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamı görkəmli sənətkarın xatirəsinə dərin hörmət ehtiramın təcəssümü kimi qiymətləndirilib, ictimaiyyətimiz tərəfindən rəğbətlə . Ölməz əsərləri ilə milyonlarla insanın zövqünü oxşayan, əbədi rəğbətini qazanan, ürəklərdə möhtəşəm sənətkar heykəlini ucaldan Tofiq Quliyev mənalı şərəfli yaşayıb.

Bildirilib ki, sənətkarın yaradıcılığında mahnı janrı olsa da, istedadı bununla məhdudlaşmır. O, həmişə böyük həvəslə sənəti üçün çalışaraq, yetmişdən çox filmə musiqi bəstələyib. “Səbuhi”, “Ögey ana”, “Görüş”, “Bəxtiyar”, “Onu bağışlamaq olarmı”, “Telefonçu qız”, “Nəsimi” s. filmlərə yazdığı musiqi özünün melodikliyi, təbiiliyi ilə seçilir, mahnıları isə coşqun ilhamla oxunur.

S.Kərimi qeyd edib ki, unudlmaz sənətkar milli musiqili komediya janrına da öz töhfəsini verərək “Aktrisa”, “Qızıl axtaranlar”, “Sənin bircə sözün”, “Sabahın xeyir, Ella” kimi əsərlərini yazır. Bu operettaların musiqi parçaları tamaşanın müvəffəqiyyət qazanmasında, obrazların səhnə təcəssümündə həmişə böyük rol oynayıb. Kiçik yaşlı tamaşaçıları da unutmayan sənətkar, “Artıq tamah”, “Şəngülüm, şüngülüm” s. uşaq pyeslərinə musiqi bəstələyib.1969-cı ildə bəstəkarın üç xoreoqrafik novelladan ibarət “Məhəbbət mahnısı” adlı baleti isə Moskvada müvəffəqiyyətlə səhnələşdirilib. Respublikamızın musiqi həyatında fəal iştirak T.Quliyev daima müxtəlif musiqi festivallarının, müsabiqələrin keçirilməsi üçün çalışıb, dövrü mətbuatda aktuallığı ilə seçilən məqalələrlə çıxış edib.

Çıxış digər natiqlər görkəmli bəstəkarın həyatından, onun sənət fəaliyyətindən danışıblar. Diqqətə çatdırılıb ki, böyük sənət fədaisi, əsl vətənpərvər T.Quliyev bütün qüvvə istedadını yaradıcılığa sərf edib, hörmət ehtiram qazanıb. Adı qızıl hərflərlə musiqi tarixinə həkk olunmuş bənzərsiz sənətkarın parlaq siması xalqımız tərəfindən həmişə yüksək tutulacaq.

Tədbir konsert proqramı ilə davam edib. Gecədə Milli Konservatoriyası tələbələrinin ifasında bəstəkarın mahnıları səsləndirilib.

AZERTAG.AZ :Teatr Xadimləri İttifaqında növbəti tədbir görkəmli bəstəkar Tofiq Quliyevə həsr edilib

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Tags
100açanadaktrisaaktuallAlaliyyalışıbanaanıaparıcıaraqartistiArtıqatdıaxtaranlarayAyanayıayıbazAzərbaycanAZƏRTACbaletibarizbaxBədiibəstəkarbəstəkarıBəxtiyarbildirilibbirBizbubununlaceyhundadaimadanışıbdanışıblardavamdbirddənDidigərdiqqətdirijordirilibDövlətedəedənedərəkedibedibledibləredilibedilmiestradaetdiretdirəetdirənələləənərərəəriəriniərininəslətiətinətiniətləfestivallarfəalfilmfilmlfolklorfotosgecgecəgörGörkəmligöstəriləngünhaqqhaqqıhdudlahəsrhəyathəyatıhəyatındaibarətictimaiictimaiyyifaililəillikilliyinimzaladincəsənətinkişafıinsaninsanıirilibirilmistedadkarkeçirilməsiKərimikikiçikkilatkinokonsertkonservatoriyaslamaqlaureatliyevinmahnımədəMədəniyyətMəhəbbətməqaləməxsusmillimilyonlarlamizinMMmöhtəşəmmoskvadamüsabiqəmusiqimusiqilimusiqisimüvəffəqiyyətMüxtəlifnazirliyindirilibNəmninNiyyətnövnövbəNövbətinoyabrNoyabrınolanolarmolsaolunmuolunubolunuronuOnunorijinaloxşayanoxunuroynayoynayıbözözüparlaqpianopopulyarlprezidentprezidentiproqramQARqarşılanıbqazanqazananqazanaraqqazanıqazanıbqazanmasındaqeydqiymətləndirilibqızqızıqızılqonaqlarquliyevquliyevinrbaycanreallarektorurininrolsabahSabahınsabiqSaçsalnamsalnaməseseçilirsevilsəhnəsəhnələşdirilibsəhvSənsənəsənətSənətisərəncamsidirsimassırasındatamaşaçıtarixinteatrtelefontədbirtələtələbtələbətərtərəfindətərəfindəntəşkiltəşkilattimiztiraktofiqtöhfəttifaqturizmuşaqvarsaververəverirxadimxadimlXalqxalqıxatirxatirəxeyirxəbərxsiyyxtiyaryayaradyaradanyaşyaşayıbYazyeriyubileyininyükyüksəkzövq
Paylaş
Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: