Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Kənd Təsərrüfatı Nazirliyinin brusellyozla bağlı tədqiqatı ABŞ-da təqdim olunub

Kənd Təsərrüfatı Nazirliyinin brusellyozla bağlı tədqiqatı ABŞ-da təqdim olunub
December 05
17:54 2017


Bakı, dekabr, AZƏRTAC 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin brusellyoz xəstəliyi ilə bağlı tədqiqatı ABŞ-da təqdim edilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin brusellyoz xəstəliyinin aradan qaldırılması üzrə apardığı tədqiqatlar və mübarizə metodları ABŞ-ın Beynəlxalq Brusellyoz Cəmiyyətinin diqqətini çəkib. Cəmiyyət Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və İdarə üzrə Xidmətinin nümayəndələrini ABŞ-ın Çikaqo şəhərində keçirilən brusellyoz üzrə 70-ci Beynəlxalq Tədqiqat Konfransına dəvət edib. Konfransda nazirliyin Dünya Bankı ilə birgə icra etdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin Anar Əzimov ölkədə brusellyoza qarşı aparılmış mübarizə metodları və tədqiqat nəticələri barədə təqdimatla çıxış edib.

A.Əzimov ki, Azərbaycanda brusellyoz xəstəliyinə qarşı tətbiq edilən test-kəsim strategiyası mərhələli seromonitorinq və peyvəndləmə strategiyası ilə əvəz olunub. Bunun üçün Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının qaydalarına uyğun “təsadüfi seçim” üsulu ilə iri və xırdabuynuzlu heyvanlardan qan nümunələri götürülüb və xəstəliyin yayılma səviyyəsi edilərək məlumat bazası yaradılıb. Daha sonra xırdabuynuzlu dişi heyvanlar arasında 4 il müddətinə immunitet yaradan vaksinlə peyvəndləmə aparılıb.

Layihə rəhbəri qeyd edib ki, ölkədə ilk dəfə olaraq iribuynuzlu heyvanlar arasında da brusellyoz xəstəliyinə qarşı peyvəndləmə kampaniyası həyata keçirilir. Peyvəndləmə nəticəsində ana naxırda mövcud olan xəstə və həssas heyvanlar -7 il müddətinə immunitet qazanmış heyvanlarla əvəz olunacaq. Layihə çərçivəsində, həmçinin 197 qışlaqda heyvan sahibləri arasında sorğular keçirilib və xəstəliyin yayılmasına səbəb olan risk faktorları edilib və fermerlərə tövsiyələr hazırlanıb.

“Müxtəlif ölkələrin tədqiqatçılarının iştirak etdiyi və təcrübələrini paylaşdığı bu təşkilata Azərbaycan tədqiqatçılarının da qoşulduğuna çox şadıq. Azərbaycanda bu təhlükəli xəstəliyin qarşısının alınması üçün dövlətlə fermerlərin birgə fəaliyyəti təqdirəlayiqdir”, – deyə konfransın təşkilatçısı Rameş Vemulapalli Azərbaycan təmsilçisinin çıxışına belə münasibət .

AZERTAG.AZ :Kənd Təsərrüfatı Nazirliyinin brusellyozla bağlı tədqiqatı ABŞ-da təqdim olunub

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: