Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Pilot ərazilərdə sığorta olunanların ümumi sayı 256 401 nəfərdir

Pilot ərazilərdə sığorta olunanların ümumi sayı 256 401 nəfərdir
December 05
14:38 2017


Bakı, 5 , AZƏRTAC 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2017-ci ilin yanvar-sentyabr ayları üzrə pilot layihənin (Mingəçevir şəhəri və Yevlax rayonunun əraziləri) gedişatına dair statistik məlumatları açıqlayıb. Pilot ərazilərdə sığorta olunanların ümumi sayı 256 401 nəfər təşkil edib.

Bu barədə AZƏRTAC-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorundan bildirilib.

Toplanan məlumatlardan məlum olub ki, şəkərli diabet xəstəliyi və sağlam qidalanmaya həsr olunan sağlamlıq həftələri ərzində müxtəlif yaş qruplarına aid 2314 nəfər tibbi müayinələrdən keçib və ailə həkimləri onlara müvafiq məsləhətlər verilib. Sağlamlıq həftələri müddətində 598 nəfər sağlamlıq vəziyyətinin təyini məqsədilə müxtəlif laborator və instrumental müayinələrdən keçib.

Müraciət 423 0-15 yaş, 267 16-25 yaş, 325 26-35 yaş, 349 36-45 yaş, 402 46-55 yaş, 536 56-70 yaş arasında, isə 70 yaşdan yuxarı olublar.

Müraciət edənlərin tibbi müayinələrdən keçmə tezliyi də müxtəlifdir. 896 nəfər son 1 ay ərzində, 359 nəfər son 3 ay, 387 nəfər son 6 ay ərzində, 171 son 1 il ərzində, 103 nəfər isə son 3 il ərzində tibbi müayinədən keçib. 3-5 il ərzində müayinələrdən keçənlərin sayı 242 nəfər təşkil edib. 156 nəfər isə sonuncu dəfə tibbi müayinədə 5 və daha çox il öncə olub. Əldə olunan statistik göstəricilər deməyə əsas verir ki, icbari tibbi sığortanın tətbiqinə başlanması ilə müayinələrə cəlb olunma tezliyində artım müşahidə olunub. Belə ki, ümumi müraciət etmiş 2314 nəfərdən 1642 son 6 ay ərzində müayinələrdən keçib.

Müraciət etmiş 2314 nəfərdən 778 nəfərinin 2-ci tip şəkərli diabet xəstəsi olduğu təsbit edilib. Ailə həkimləri 3 nəfərdə 2-ci tip şəkərli diabet xəstəliyi erkən aşkarlanaraq xəstələrin müvafiq müalicəyə başlaması təmin edilib.

Şəkərli diabetlə əlaqədar müraciət digər şəxslərə şəkərli profilaktikası, ilkin əlamətləri və sağlam həyat tərzinə dair tövsiyələr verilib. Həmçinin, pilot ərazilərin sakinlərinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əhalinin maarifləndirilməsi məqsədilə hazırlanmış “Diabet xəstəlik deyil, həyat tərzidir” yaddaş kitabçası və “Sağlam qidalanaraq yaşayın!” bukleti paylanılıb.

Onu qeyd edək ki, əhaliyə göstərilən tibbi keyfiyyətinin artırılması məqsədilə sağlamlıq həftələri çərçivəsində cari ilin noyabrın 17-də Yevlax rayonunda və Mingəçevir şəhərində yerləşən Ailə Sağlamlıq Mərkəzlərində çalışan ailə həkimlərinin şəkərli diabet xəstəliyinə dair bilik və bacarıqlarını təkmilləşdirmək üçün təlim təşkil edilib.

Şəkərli diabet xəstələrinin səhhətlərində biləcək problemlərin və diabetlə bağlı ağırlaşmaların profilaktikası məqsədilə, Agentlik pilot ərazilərdə Şəkərli Diabet Məktəblərinin yaradılmasına başlanılıb. Şəkərli Diabet Məktəbləri pilot ərazilərdə şəkərli diabet xəstəliyindən əziyyət çəkən əhalinin şəkərli diabetə nəzarətə dair biliklərini artırmaq, xəstəliyə bilavasitə pasiyent də nəzarəti təmin etmək, ağırlaşmalarını erkən aşkarlamaq və vaxtında qarşısını almaq üçün müstəsna rol oynayacaq. Məktəb şəkərli diabetlə yaşayan insanların həyat keyfiyyətinin yaxşılaşdırılması üçün əhəmiyyətli olacaq.

Qeyd edək ki, pilot layihənin icrasına 2017-ci ilin yanvarın 1-dən başlanılıb. Layihə müddətində əhalidən sığorta haqqı toplanılmır.

AZERTAG.AZ :Pilot ərazilərdə sığorta olunanların ümumi sayı 256 401 nəfərdir

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin



Source link

Tags
1121515617225263353645555670agentliyiagentliyininaidAlalmaqartırartırmaqatıayAyanayinayıaylarazAZƏRTACbacarbacarıqlarıbağbaşbaşlanılıbBelbildirilibbiləcəkbilikbiliklBizbucaricbaricəlbcidadahadairDardekabrdemədeyildəndiabetDiabetindigərdilDövlətedəedəkedənedənlərinedibediliberkənetməetməkələləənərərəəriəriniərininəslətiətininətləgedişgöstəricilərgöstərilənhalidhalininhaliyhaqqhəftəhəkimlərihəmhəsrhəyaticbariicrasictimaiyyililinilkininsanlarinsanlarıinsanlarınIVkeçəkeyfiyykikimləkitabkmillLaLamlanmaslayihlayihəliyinliyindlumatlarlumatlardanmaariflmalarməktəbməktəbləriməktəblərininməlumMəlumatlarminMingəçevirMüalicəmüayinəmüayinədənmüraciətMüxtəlifndirilmnəfərnəfərdənəfərinəzarətnəzarətininnoyabrNoyabrınolacaqolduolduğuolubolublarolunanolunanlarolunmaolunubonlaraonuortaortanoynayacaqpasiyentpaylanpaylanılıbpilotproblemlproblemləprofilaktikasQARqarşısıqeydqruplarqruplarıqruplarınarayonundarayonununrazilricilrininrlanmrolrzindSağSağlamsağlamlıqsakinlsakinlərinsaysentyabrsəhvSığortasığortanınsonsonuncustatistiktbiqinTəlimtəmintərtərəfindətərəfindəntəşkiltibbitinintoplantoplanantövsiyəüstəvarsavaxtvaxtıvaxtındaverilibverirvətəndaşVətəndaşlarvətəndaşlarıvətəndaşlarınXəstəxəstələrinxəstələrininxəstəlikxəstəliyixəstəliyinxəstəliyindəxəstəliyindənxəstəsixidmətlərinyayaddayanvaryanvarınyaradyaradılmasıyaranayaşyaşayanyaşdanyerləşənyevlaxyuxar
Paylaş
Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: