Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Azərbaycanda 13 aqroparkın yaradılması üçün 98 milyon manat ayrılıb

Azərbaycanda 13 aqroparkın yaradılması üçün 98 milyon manat ayrılıb
December 06
14:08 2017


Bakı, 6 dekabr, AZƏRTAC

Azərbaycanda indiyədək 13 aqroparkın yaradılması üçün Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən 98 milyon manat həcmində vəsait ayrılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi dekabrın 6-da Bakıda “Beynəlxalq maliyyə institutları ilə sənaye parkları və sənaye məhəllələri rezidentlərinin əməkdaşlıq imkanları” mövzusunda keçirilən tədbirdə deyib.

Nazir müavini dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın və emalın genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, ölkədə uğurla həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində son yüzlərlə müasir texnologiyalara əsaslanan sənaye müəssisəsi, rəqabətqabiliyyətli və ixracyönümlü innovativ sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli payı əhəmiyyətli dərəcədə artıb. Mövcud istehsal sahələrinin genişləndirilməsi və yeni sahələrin yaradılması, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elmtutumlu və innovativ istehsalın inkişafı etdirilir.

“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020- üçün Dövlət Proqramı”nın icrası barədə məlumat verən Niyazi ölkəmizdə yaradılan sənaye parkları və məhəllələrinin sənayenin inkişafında rolundan, üçün yaradılmış əlverişli imkanlardan danışıb, yeni sənaye zonalarının yaradılması istiqamətində işlərin etdirildiyini vurğulayıb. Bu baxımdan beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edən nazir müavini beynəlxalq maliyyə qurumlarını Azərbaycanda yaradılmış əlverişli investisiya mühitindən yararlanmağa dəvət edib.

Sahibkarlığa Kömək Milli Fondunun, Azərbaycan İnvestisiya Şirkətinin, Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinə dair təqdimatlar olub.

Yenidənqurma və İnkişaf Bankının, Asiya İnkişaf Bankının, İslam İnkişaf Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri etdikləri qurumların əsas maliyyə alətləri, investisiya qoyuluşu imkanları və maliyyələşmə istiqamətləri barədə məlumat veriblər.

Sonra tədbir sənaye parkları və sənaye məhəllələrinin rezidentləri ilə beynəlxalq maliyyə qurumlarının nümayəndələri arasında müzakirələrlə etdirilib.

AZERTAG. :Azərbaycanda 13 aqroparkın yaradılması üçün 98 milyon manat ayrılıb

Mətndə varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: