Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Rusiyalı həkimlər operativ ginekologiya və ginekologiyada qanaxmaların cərrahi dayandırılma metodları mövzusunda beynəlxalq kurs aparırlar

Rusiyalı həkimlər operativ ginekologiya və ginekologiyada qanaxmaların cərrahi dayandırılma metodları mövzusunda beynəlxalq kurs aparırlar
December 06
14:47 2017


Bakı, 6 dekabr, AZƏRTAC

Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda diplomdansonrakı tibb təhsilinin təkmilləşdirilməsi, onun keyfiyyətinin yüksəldilməsi istiqamətində daimi axtarışlar gedir, təhsilin yeni forma və metodları təcrübəyə edilir. Ə.Əliyev adına ADHTİ-də keçirilən ixtisasartırma kurslarında tədris prosesinə cəlb olunması da bu sahədə atılan addımlardandır.

Səhiyyə Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2014-cü ildən başlayaraq institutun pediatriya, terapiya, kardiologiya, şüa diaqnostikası, mamalıq və ginekologiya kafedralarında ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Belçika, Avstriya, Danimarka, , Rusiya və Belarusdan gəlmiş yüksəkixtisaslı mütəxəssisləri tələbat hiss olunan ixtisas və mövzular üzrə yerli həkimlər üçün təkmilləşmə kursları keçirlər.

verildiyi kimi, Ə.Əliyev adına ADHTİ ilə İ. Seçenov adına 1-ci Moskva Tibb Universiteti arasında bağlanmış müqavilə əsasında həkimlər üçün təkmilləşdirmə kursları keçirilir, institutun bir sıra alimləri bu universitetin ayrı-ayrı kafedralarında iş təcrübəsində olurlar. Mühazirələrdə institutda təhsil alan həkim-müdavimlərlə yanaşı müxtəlif tibb idarələrinin həkimləri də iştirak edirlər.

Beynəlxalq təhsil proqramı çərçivəsində Ə.Əliyev adına ADHTİ-da İ. Seçenov adına 1-ci Moskva Tibb Universitetinin mamalıq və ginekologiya və operativ cərrahiyyə kafedralarının professor-müəllim heyətinin iştirakı ilə “Kliniki anatomiya ilə operativ ginekologiya. Ginekologiyada qanaxmaların cərrahi metodları” mövzusunda kurs keçirilir. Kursda İ. Seçenov adına 1-ci Moskva Tibb Universitetinin mamalıq və ginekologiya kafedrasının müdiri tibb doktoru, professor Sergey Levakov və həmin universitetin operativ cərrahiyyə kafedrasının müdiri, tibb doktoru, professor Sergey Dıdıkin mühazirələr , məşğələlər aparacaqlar. Həmin məşğələlər zamanı onlar Rusiyanın tanınmış tibb universitetində toplanmış uzun təcrübəsini həkimlərlə bölüşəcəklər.

Artıq həmin kurs başlanılıb və kursun ilk günlərindən müdavimlərə müasir məlumatlar çatdırılıb, əyani müxtəlif metodikalar nümayiş etdirilib. Respublikada ilk dəfə cərrahi metodikaların əyani şəkildə nümayiş etdirilməsi dinləyicilərin böyük marağına səbəb olub. Göstərilən müdaxilələrin sonradan klinikada canlı həyata keçirilməsi kursun sanballılığını daha da .

Dərslərdən sonra müdavimlər arasında aparılan birbaşa sorğu göstərdi ki, beynəlxalq təhsil kifayət qədər səmərəlidir və onların böyük marağına səbəb olub. Həkimlər həmin kurslarda əldə etdikləri bilik və bacarıqları gündəlik iş praktikasına tətbiq edəcəklərini bildiriblər.

 

AZERTAG.AZ :Rusiyalı həkimlər operativ ginekologiya və ginekologiyada qanaxmaların cərrahi dayandırılma metodları mövzusunda beynəlxalq kurs

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: