Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Alimlər yağlı yeməyin orqanizmə necə ziyan vurduğunu aydınlaşdırıblar

Alimlər yağlı yeməyin orqanizmə necə ziyan vurduğunu aydınlaşdırıblar
December 08
21:48 2017


Bakı, 8 dekabr, AZƏRTAC 

Palma yağı və heyvani yağlar kimi “zərərli yağlar” hüceyrə membranlarını dağıdaraq onları məhv edir. Kolumbiya Universitetinin alimləri yeni mikroskopiya metodunun köməyi ilə doymuş yağ turşuları hüceyrələr tərəfindən udulandan sonra onların orqanizmə təsirini müşahidə ediblər. AZƏRTAC “RİA Novosti” agentliyinin saytına istinadla xəbər verir ki, mütəxəssislər hidrogen atomlarını ağır hidrogen izotopu (2H deuterium) ilə əvəzləyiblər, amma birləşmənin kimyəvi xassələrini dəyişməyiblər. Ona görə də turşuları müşahidə etmək daha asan olub.

Məlum olub ki, doymuş yağ turşuları plazma membranının tərkibinə qoşulur, orada bərkimiş sahələr yaradır və onun elastikliyini pozur. Hüceyrə belə birləşməni həddindən çox udanda, öz təbii xassələrini itirir və dağılır.

Tədqiqatçılar bunu da müəyyənləşdiriblər ki, balığın, bitki yağlarının və qozun tərkibindəki yarımdoymuş yağ turşuları, əksinə, “zərərli yağlar”ı zərərsizləşdirir, lipid düyünlərinin əriməsinə kömək edir.

AZERTAG.AZ :Alimlər yağlı yeməyin orqanizmə necə ziyan vurduğunu aydınlaşdırıblar

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin



Source link

No tags for this post.
Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: