Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Həbs təhlükəsi başının üstünü alan “Azəriqazbank”-ın sahibi……. » Azərbaycan Informasiya Agentliyi

Həbs təhlükəsi başının üstünü alan “Azəriqazbank”-ın sahibi……. » Azərbaycan Informasiya Agentliyi
December 08
11:36 2017





Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova qarşı “sağ əli” hesab edilən əmisi Vüqar Mahmudovdan ifadələr alınıb. “Yeni Müsavat” xəbər verir ki, Vüqar Mahmudov dolası ilə baş verən cinayətlərdə sabiq nazirin göstərişlərinin əsas olduğunu təsdiqləyən ifadələr verib. Yada salaq ki, noyabrın 3-də barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilən V.Mahmudov barəsində cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. V.Mahmudov Eldar köməkçisi statusunda olsa da, çox hallarda nazir müavinlərindən artıq səlahiyyətli olub. İddialara görə, onun kabinetində neçə iri seyf olub. Həmin seyflərə iş adamlarından, müxtəlif vəzifə sahiblərindən, məmurlardan toplanan xəraclar yığılıb. Sonradan həmin pullar kisələrə doldurularaq “Azəriqazbank”a daşınıb. Məlumdur ki, “Azəriqazbank” rəhbəri Çingiz Əsədullayevlə Eldar çox yaxın var, sabiq nazir “”dan sonra Ç.Əsədullayev mətbuata açıqlamasında bu əlaqələri gizlətməyib. İstintaqda belə məlumatlar var ki, Eldar Mahmudov MTN-ə rəhbərlik etdiyi dövrdə ayrı-ayrı iş adamlarından alınan pullar “Azəriqazbank”a daşınaraq oradakı hesablara yatırılıb. Bu əməliyyatlara V. Mahmudov rəhbərlik edib. MTN-də yığılan rüşvət pullarının kisələrə doldurularaq banka rahat daşınmasına hazırlıq görülürmüş. Ç.Əsədullayevin Şahin adlı sürücüsü onun xidməti maşını 11; qara rəngli, Az 10 JO 900 nömrə nişanlı “Mutsibishi Pajero” ilə həftədə neçə dəfə MTN-ə gedərək oradan maşına yüklənən pul dolu kisələrlə banka qayıdıb. Pulun sürücüyə təhvil verilməsinə də Vüqar Mahmudov nəzarət edib. Sonradan “qara pul”lar xaricdəki bank hesablarına ötürülüb.Vüqar bu epizodlar üzrə dindirildiyi haqda məlumatlar var. Deyilir ki, yaxın zamanlarda Çingiz Əsədullayev də Vüqar işi üzrə dəvət edilərək həbs oluna bilər.

Buna qədər də mətbuatda “Azəriqazbank”da baş verən qanunsuzluqlar, neqativ hallar, müştərilərin aldadılması, pul köçürmələri və digər bu kimi hallar barədə müxtəlif yazılar dərc olunurdu. Ç.Əsədullayev deputat olduğu dövrlərdə adı Beynəlxalq Bankın dövlətin milyardlarla manat vəsaitinin talan edilməsi üzə çıxdıqdan sonra gündəmə gəlmişdi. “Beynəlxalq Bank işi”ndə dindirilən iş adamları arasında Çingiz Əsədullayevin də adı keçirdi. O dövrdə deputat bankir məlumatları təkzib etsə də, onun məhz Beynəlxalq külli miqdarda mənimsəmə faktlarına görə hədəfə gəldiyi şübhə doğurmurdu. Əsasən MTN tərəfindən cəzalandırılan şəxslərdən yığılan pullar Vüqar Mahmudov tərəfindən toplanaraq bu haqda nazirə məruzə olunurmuş.

Belə xəbərlər var ki, Eldar Mahmudovu “sağ əli” əmisi oğlunun ifadəsi əsasında həbs istəyirlər. Artıq E.Mahmudovu dəfə İstintaq İdarəsinə çağırıb dindiriblər. Sabiq nazirin 3-cü çağırışda həbs olunması ehtimalı artıq dəqiqləşmək üzrədir.





Source link

Kateqoriya

WP Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: