Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

“Instagram” öz messencerini sınaqdan keçirməyə başlayır

“Instagram” öz messencerini sınaqdan keçirməyə başlayır
December 08
18:57 2017


“Instagram” öz messencerini sınaqdan keçirməyə başlayır

şəbəkəsinə aid “Instagram” foto servisi öz şəxsi messencerini sınaqdan keçirməyə başlayır.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, “Direct” adlı mobil proqram “Android” və “iOS” mobil platformaları üçün 6 ölkədə (İsrail, Türkiyə, , İtaliya, Portuqal və Çili) istifadəyə veriləcək.

Sınaq müddəti dəqiqləşdirilmir, amma “Direct” messenceri bütün dünyada əlçatan olsa, bu proqram “WhatsApp” və “ Messenger”dən sonra şirkətin üçüncü messenceri olacaq.

“The Verge” nəşri edir ki, “Direct” bölməsi “Instagram” foto servisində mövcud olduğu müddətdə bir neçə dəfə yenidən dizayn edilib və cari ilin aprelinədək aylıq 375 milyon insan ondan edib. “Instagram Stories” funksiyasının populyarlığı “Direct”in auditoriyasını artırırdı.

İndiki “Direct” eksperimental proqramı 3 əsas bölmədən ibarətdir. Bu bölmələrdən kameradan istifadəni nəzərdə tutur: şəkil çəkmək və həmsöhbətlərə göndərmək üçün emal etməyə imkan verir (sazlamalarda “Instagram” olmayan filtr mövcuddur). İkinci bölmə danışıqlar siyahısından ibarətdir, üçüncü bölmə isə istifadəçiyə öz profilini tənzimləməyə imkan verir. Həmçinin “Direct” mobil proqramından “Instagram”ın əsas proqramına keçid mümkündür.


Daha tez məlumatlanmaq üçün yeni səhifəmizi



Source link

Kateqoriya

WP Facebook Auto Publish Powered By : XYZScripts.com