Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Mavi gözlü, çilli və sarışınlara xəbərdarlıq…

Mavi gözlü, çilli və sarışınlara xəbərdarlıq…
December 08
02:31 2017





Azerbaycaninfo.az təqdim edir. Vücudun hər bölgəsində yaranan xallar bəzən ziyansız, bəzən isə xərçəng daxil müxtəlif xəstəliklərin ola bilər. səbəbdən hər ay 10 dəq ərzində dəridəki xallarda hansısa dəyişkənliyin olub-olmamasını yoxlamaq vacibdir.

Xəbər ki, Memorial Xidmət Xəstəxanası Dermatoloji fakültəsinin mütəxəssisi Selma Salman barədə maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, yetkinlik yaşlarında xallardan qorxmağa ehtiyac yoxdur. Uşaqlıq və yetkinlik dövründə xalların sayının artması təbbi hal sayılır. Hormonal dəyişkənliyə görə, hamiləlik müddətində də xallar arta və ya formasını dəyişə bilər. Adətən 30 yaşından sonra azalma müşahidə edilir. Günəş şüası altında çox qalmaq artışa səbəb ola bilər.

Xallarda yaranan ani dəyişiklik isə diqqət edilməli nüansdır. Yavaş-yavaş, illərlə yaranan dəyişkənlik zərərsizdir. Ancaq xallar üzərində bir neçə ay ərzində meydana gələn dəyişiklik isə daxildə gedən hansısa prosesdən xəbər verə bilər.

Salmanın sözlərinə görə, xalın ölçüsü 6 mm-dən böyükdürsə, üzərində qanama, sulantı, sağalmayan yara meydana gəlibsə və dəridəki digər xallara bənzərliyi yoxdursa zaman dermatoloqa müraciət edilməlidir.

Həkim, sarışınlar və rəngli gözlülərin daha diqqətli davranmalarını məsləhət görüb:

“Nəzarətsiz şəkildə günəş şüalarına qalmaq dəri hüceyrələrinə zərər verir. Hüceyrələrin hədsiz çoxalması nəticəsində xalların üzərində bədxassəli şiş olan malign melanom yarana bilər. növ şiş 70-80 sağlam dəri bölgələrində, 20-30 faizi isə öncədən var olan xalın üzərində yarana bilər. Mavi gözlü, çilli, qızılı və ya sarışınlarda malign melanom şişi daha çox rast gəlinir. Vücudunda 50-dən çox xalı olan insanlar xərçəng xəstəliyinə tutulmaq riskini daşıyır”.

Dermatoloq bildirib ki, günəş şüaları ilə qaralan insanlarla müqayisədə solyari qəbul edən insanların 74 faizində malign melanom xəstəliyinə yoluxmaq riski daha yüksəkdir.Medicina.az





Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: