Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir

Müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir
December 08
17:35 2017


Bakı, 8 dekabr, AZƏRTAC 

Dekabrın 8-də Mərkəzi Klinikada Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Mərkəzi rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə çiçəklər düzülüb.

Tədbirdə çıxış edən Mərkəzi baş direktoru, Əməkdar Həkim İxtiyar Sultanov dahi siyasətçinin həyat və barədə tədbir iştirakçılarına geniş məlumat verib. Müasir müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir deyən baş direktor dahi şəxsiyyətin bütün ömrünü ölkəmizin inkişafı, xalqımızın rifahının yaxşılaşmasına etdiyini vurğulayıb: “Ulu Öndərin zəngin irsinə nəzər saldıqda onun Azərbaycan üçün gördüyü əzəmətli işlərin, böyük və dəyərli ideyaların uğurlu nəticələrini hər kəs öz sahəsində aydın hiss edir. Azərbaycanın müstəqilliyi ərzində həyatımızın bütün sahələrində əldə olunan uğurlar məhz ümummilli Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya ilə bağlıdır”.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərinin olduğunu qeyd edən Mərkəzi Klinik Xəstəxananın baş , Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tanınmış kardiocərrah Kamran Musayev Ümummilli Liderin ölkəmizin dövlət müstəqilliyinin dönməzliyini təmin etməklə yanaşı, millətimizin ideoloji xəttinin təməl prinsiplərini müəyyənləşdirdiyini də vurğulayıb: “Ümummilli Heydər Əliyev sözün əsl mənasında, müstəqil Azərbaycan dövlətinin bütün istiqamətlər, o cümlədən səhiyyə sahəsi üzrə də əsaslarını formalaşdıran dahi şəxsiyyətdir”.

Tədbirin sonunda görkəmli şəxsiyyətin ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: