Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Ülvi məhəbbətin ifadəsi – AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ülvi məhəbbətin ifadəsi – AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
December 09
17:10 2017


Bakı, 9 dekabr, AZƏRTAC

Onun bütün həyatı doğulduğu torpağa, mənsub olduğu xalqa xidmət nümunəsi idi. ümummilli lideri canından artıq sevdiyi inkişaf və tərəqqisi, dünya dövlətləri sırasına çıxması üçün çox böyük fədakarlıq göstərdi, ölkəmizdə əmin-amanlıq və sabitliyin bünövrəsini qoydu. Müdrik rəhbər elə bir inkişaf və sabitlik yolu müəyyən etdi ki, xalqımız bu gün də həmin yolla uğurla irəliləyir.

Bu barədə Suraxanı Tibbi Bərpa Mərkəzində ulu öndər Heydər Əliyevin anım günü münasibətilə rayonun səhiyyə işçilərinin iştirakı ilə keçirilən tədbirdə .

Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Mərkəzinin foyesində Azərbaycan xalqının ümummilli lideri büstünün önünə tər gül-çiçək dəstələri qoyublar.

Anım tədbiri ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediləndən sonra başlanılıb.

Tədbiri giriş sözü ilə açan 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının baş həkimi İlhamə Cabbarova dünya şöhrətli siyasətçi Heydər Əliyevin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışıb.

Rayondakı 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Azər Məmmədov müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin fenomen istedad və bacarığı, tükənməz enerjisi, qətiyyəti, prosesləri idarə etmək məharətindən bəhs edib, ən çətin məqamlarda, böhranlı vəziyyətlərdə belə sarsılmaz iradə və dəyanətindən və həmişə də ən doğru və ən düzgün çıxış yolu tapmaq keyfiyyətindən danışıb.

Suraxanı Rayon İcra Hakimiyyətində ictimai- məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldiyi vaxt göstərdiyi böyük xilaskarlıq missiyası, ötən əsrin 90-cı illərinin əvvəlində ölkəmizin düşdüyü böhranlı vəziyyətdən çıxararaq missiyasını bacarıqla həyata keçirdiyi, ölkəmizin müstəqilliyini daha da , onu ədəbi və dönməz etmək üçün gördüyü tədbirlərdən söhbət açıb.

Tədbirdə çıxış edən 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Hacağa Bağırov və 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkimi Şəfa Yusifova müdrik rəhbər Heydər Əliyevin rəhbərliyi illərində ölkə səhiyyəsində həyata keçirilən islahatların bünövrəsi qoyulduğunu söyləyiblər.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: