Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Epilepsiya ilə bağlı faydalı yazı – Nevroloqumuz başının üstündən maşın keçən xəstəni necə xilas edib… » Azərbaycan Informasiya Agentliyi

Epilepsiya ilə bağlı faydalı yazı – Nevroloqumuz başının üstündən maşın keçən xəstəni necə xilas edib… » Azərbaycan Informasiya Agentliyi
December 10
16:24 2017


Azerbaycaninfo.az təqdim edir. Medicina.az saytının konfrans zalında Azərbaycanın bir–neçə nevroloqunun iştirakı ilə tədbir keçirilib. Ötən həftə keçirilən konfrans zamanı həkimlər təcrübələrini bölüşərək fikir mübadiləsi aparıblar. İştirakçılardan iki nəfər isə məruzə ilə çıxış edib. Nevroloq Samirə Məmmədovanın hazırladığı materialı təqdim :
“Posttravmatik epilepsiya”Açıq və qapalı kəllə-beyin travmalarından sonra epilepsiyanın yaranması hamımıza məlumdur. Açıq kəllə-beyin travmalarında epileptik sindrom daha çox yaranır. Bəzi müəlliflərə görə, qapalı kəllə-beyin travmalarında epilepsiya riski 5% civarındadır. Kəllədaxili cərrahi əməliyyatlardan sonrakı epilepsiyaları da qəbildən hesab etmək olar. Çünki da cərrahi proses vaxtı beyin tamlığının travmatik pozulması qeyd edilir. halda travmanın ilk iki həftəsi ərzində verən tutmalar erkən epitutmalardır, travmadan iki həftə keçdikdən sonrakı epileptik tutmalar gecikmiş epitutmalardır.

Posttravmatik epilepsiyalar sadə-fokal; avtomatizmlə və avtomatizmsiz kompleks fokal (huşun qaranlıqlaşması da daxil olmaqla); ikincili generalizə olunmuş epileptik tutmalara bölünür.

kimi diaqnostikada klinik təsdiq və EEQ müayinəsi əsas götürülür. Bəzən EEQ müayinəsi zamanı travmalardan sonra uzun müddət epileptik komponenetlər görülə bilər, lakin heç bir epileptik tutma olmaya bilər. Təbii ki, halda dərman müalicəsi .

Travmanın ilk günlərində epileptik tutmaların profilaktik müalicəsi haqqında bəzi araşdırmalar aparılıb və olub ki, heç bir AEP təyini posttravmatik epilepsiyanın qarşısını ala bilmir. cür profilaktik AEP təyini təsdiqini tapmayıb, əksinə xəstələr AEP –in əlavə təsirlərinə məruz qalıb.

Müalicəni nə başlayırıq?

bilirik ki, epilepsiyanın müalicəsini ən azı iki epileptik tutma olubsa və özünün kliniki təsdiqini tapıbsa, başlamaq olar. Lakin travmatik proseslərdə struktur zədələnməsi verdiyinə görə ilk epileptik tutmalardan sonra müalicə başlanması məqsədəuyğundur.

Generalizə olunmuş tonik klonik qıcolmalarda ilk seçim preparatları: Valproat, Lamotricin, Fenitoin, Karbamazepindir. İkinci seçim preparatları Topiramat, Pirimidol, Fenobarbital, Felbamatdı.

İndi təqdim edəcəyim xəstə posttravmatik epilepsiyalara gözəl nümunədir.

Xəstə 56 yaşındadır. Evlidir, 2 övladı var. 1 yaşında olarkən serebral travma almışdır (anasının deməsinə görə, başının üzərindən maşın keçmişdir). Beyin hemtomasının şıxarılması əməliyyatı aparılmışdı. Əməliyyatdan sonra xəstədə epileptik tutmalar yaranmışdır. Digər nevroloji defisiti yoxdur. 1 yaşından indiyə kimi xəstə AEP (karbamazepin) qəbul edib. Təxminən 1 il əvvəl xəstə dərman qəbuluna ara verib və epileptik statusa düşüb, göstərilən reanimasyon tədbirlərdən sonra karbamazepin 200mg gündə 2 təyin olunmaqla evə . Lakin tutmalar davam etdiyinə görə dərman qəbulu gündə 3 dəfəyə keçirilib.

MRT-də sol təpə-gicgah nahiyyəsində ensefalomalaziksistik lezyon qeyd olunur.
EEQ müayinəsindəsol, bəzən sağda olmaqla kəskin və iti- yavaş dalğa kompleksləri aşkar olunmuşdur.
Hazırda xəstənin tutmaları ara verib. Xəstə təsərrüfat işləri ilə məşğuldur. Yəni sağlam həyat tərzinə qayıda bilib.

Göründüyü kimi uzun müddətli postravmatik epileptik tutmaları olan xəstələr belə sağlam həyat tərzi sürə bilirlər.Yalnız mütəmadı olaraq həkimlə əlaqə saxlanmalı və dərman qəbulu özbaşına dayandırılmamalı və doza dəyişikliyi edilməməlidir.





Source link

Tags
Paylaş

Kateqoriya

WP Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: