Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Azərbaycan alimi Rumıniya universitetinin fəxri professoru seçilib

Azərbaycan alimi Rumıniya universitetinin fəxri professoru seçilib
December 11
21:22 2017

Buxarest, 11 dekabr, AZƏRTAC

Azərbaycan Texniki , texnika elmləri doktoru Şahnaz Şahbazova Rumıniyaya səfər edib. Səfəri çərçivəsində azərbaycanlı alim Rumıniyanın Arad şəhərindəki “Aurel Vlaicu” fəxri adına layiq görülüb. Bu universitet tərəfindən hər il dünyanın müxtəlif ölkələrindən bir neçə alim fəxri professor adına layiq görülür. 2017-ci ildə Arad bu ali mükafatına Azərbaycan Texniki Ş.Şahbazova layiq görülüb. Tədbirdə Arad , yerli icra hakimiyyətinin , Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin üçüncü katibi Vüqar Hüseynli və attaşesi Fərid Məmmədov, elmi şuranın üzvləri, müəllimlər və ziyalılar iştirak ediblər. Arad , professor Ramona Lile fəxri professor diplomunu Ş.Şahbazovaya təqdim edib. Azərbaycanlı alim ingilis dilində öz elmi fəaliyyəti barədə məlumat verib. O, tanınmış azərbaycanlı alim, professor Lütfi Zadədən danışıb, onunla birgə çalışdığını qürurla vurğulayıb. Bundan əlavə Ş.Şahbazova öz elmi istiqamətlərindən – qeyri-səlis çoxluqlar, genetik alqoritmlər, süni intellekt və neyron şəbəkəsindən bəhs edib. Daha sonra Rumıniyanın Arad Universiteti ilə həm Azərbaycan Texniki Universiteti (AzTU), həm də Azərbaycan Mühəndislik Akademiyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Professor Ş.Şahbazova Arad elektrik mühəndisliyi fakültəsində “Təlim materiallarına nəzarət modulunun funksiyası” mövzulu mühazirə ilə çıxış edib və Rumıniyanın Baş Mühəndislik Assosiasiyası və Arad mühəndislik fakültəsi tərəfindən “Təhsil və tədqiqatda parlaq və davamlı yüksək standart və dəyərli töhfələrinə görə” mükəmməllik sertifikatı ilə mükafatlandırılıb. Arad şəhərinə səfəri çərçivəsində professor Ş.Şahbazova Rumıniya İdarəetmə Mühəndisliyi və Texniki İnformasiya Cəmiyyətinin “Təhsil və tədqiqatda parlaq və davamlı yüksək standart və dəyərli töhfələrinə görə” mükəmməllik diplomu ilə də mükafatlandırılıb.

Azərbaycanlı alim, həmçinin “Agora Orada” Universitetində və bu ali məktəblə AzTU arasında anlaşma memorandumunu imzalanıb. Professor Ş.Şahbazovaya “Agora Orada” “Kompüter rabitəsi və ” beynəlxalq jurnalında olunan, professor Lütfi Zadənin bioqrafiyası haqqında məlumatların tanınması və dəyərli əməkdaşlığına görə” mükəmməllik sertifikatı təqdim edilib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

AZERTAG.AZ :Azərbaycan alimi Rumıniya fəxri seçilib

Mətndə varsa, qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Kateqoriya

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: