Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

“Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda böyüməsinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub”

“Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda böyüməsinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub”
December 11
21:42 2017

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələr həm inkişaf etməyə başladı, həm də uzunmüddətli perspektiv açıldı. Xüsusilə gənclər hər zaman ulu öndərimizin diqqət mərkəzində olub. Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Gənclər və idman sədri Fuad Muradov deyib.

F.Muradov ki, ulu öndərin elə ilk fərmanlarından birinin Gənclər və İdman Nazirliyinin yaradılması ilə bağlı olması, ardınca Azərbaycan gənclərinin ilk forumunun buna bariz nümunədir: “Ulu öndər özü həmin forumda iştirak edib gənclərimizin fikirlərini öyrənərək, Azərbaycan gənclərinin inkişafının təməlini qoyaraq həmin forumların silsilə şəklində keçirilməsinə nail oldu. Əslində, elə o zaman dövlət siyasətinin əsas tərkib hissəsi kimi Azərbaycanda gənclər siyasəti formalaşmağa başladı”.

Millət vəkili qeyd edib ki, həmin siyasət bu gün də davam etdirilir: “Ulu öndərin böyüklüyü o idi ki, gənclərə hər zaman etimad göstərirdi. O, hər zaman gəncləri irəli çəkərək, onlara etimad göstərərək, müxtəlif ictimai işləri həvalə edərək bir nümunə yaradırdı. Bu gün bu siyasət İlham Əliyev tərəfindən uğurla davam etdirillir. Azərbaycanda gənclərin öz imkanlarını göstərməsinə həmişə şərait . Bu gün Azərbaycan gənci üçün bütün lazımi imkanlar var. İlham Əliyev mütəmadi olaraq gənclərlə bağlı müxtəlif sərəncamlar imzalayır. İstər Gənclər Fondunun yaradılması, istərsə də gənclər üçün qəbul edilən proqramlar onların inkişafına hesablanıb. Bütün bunlar məhz ümummilli liderin siyasi kursunun davamıdır. Eyni zamanda, Azərbaycanın vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Əliyevanın fəaliyyətini qeyd etmək lazımdır. Ulu öndərimizin mənəvi irsi olan bu Fondun fəaliyyəti bütün sahələrdə özünü göstərir. Gənclər sahəsində, xüsusilə Azərbaycan mədəniyyətinin təbliği istiqamətində işlər ümummilli liderin qoyduğu təməl prinsiplərini özündə əks etdirir”.

F.Muradov vurğulayıb ki, bu gün Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda böyüməsinin, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində fəaliyyət göstərməsinin təməli ulu öndər tərəfindən qoyulub: “Gənclərimiz vətənimizin azadlığı, müstəqilliyi uğrunda hər zaman hazır olmalıdırlar. azadlığı üçün dövlət başçısı tərəfindən siyasi kurs bəllidir. Gənclər Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində işlər aparmalıdırlar. Həmçinin, Ali Baş Komandanın əmrinə hazır olmalıdırlar. Ümummilli liderin də gənclərə tövsiyələri bu olub. Odur ki, gənclər daim ulu öndərin tövsiyələrini öyrənməli və öz həyatlarında tətbiq etməlidirlər. Bu bizim hər birimizin mənəvi borcudur”.

O əlavə edib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərin nəticəsini, onun xalqımızın rifahı üçün fəaliyyətini bu gün hər bir vətəndaşımız hiss edir: “Məhz ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan mustəqil dövlət kimi möhkəmlənib, ölkəmiz inkişaf edib”.

Milli.Az



Source link

Tags
19AlialiyyaparılanaparmalaparmalıardıncaatdıazazadlAzərbaycanAzərbaycandaAzərbaycanıAzərbaycanınbağbarizbaşBeynəlxalqbəllidirbildiribbildirirbirbirincibirininbizimborcudurbubunabunlarbunuclisinDaimdavamdeyibdiqqətDövlətedəedərəkedibediləedilənedirEletdiriliretdiriretimadetməetməkeyniələləəmələməliənərərəəriəriniərininətiətiniətininətləfacebookfəaliyyətfəaliyyətifəaliyyətinifikirlfikirlərinifondunfondununformalaforumdaforumlarforumununFuadgələgələcəkgənciGənclərgənclərigəncləringöstərgöstərəgöstərirgünhakimiyyhakimiyyəthesablanHeydərHeydər ƏliyevhəmHəminhərhisshissəhissəsiHKictimaiictimaiyyidiidmanililkimkanlarimzalayinkişafıinkişafınainkişafınınirəliirilmirsiişləişlərişləriişlərinistiqamkeçirilməsikərəkiklindkomandankomandanıkomitKomitəKomitəsininlazımdırlazımiLiliderliderinlidirlliyevliyevanliyevinllidirlxalqmehribanMəclisinmədəməhzmənMənəMillətmilliminmizinmuradovMüstəqilliyimütəmadiMüxtəlifnailnazirliyininnəticəodurolanolaraqolduolmalolmalıolmasolubonlaronlaraOnlarıOnlarınOnunperspektivprezidentprezidentiprinsiplproqramlarqarabaQarabağıQarabağınqeydQəbulqilliyiqoyduqoyulubrbaycanrbaycandarifahrimizrimizinrininrmanlarruhundarundasahəsaysədrisilsilsininsiyassiyasətininsiyasislindsonratəbliğtəbliğitərtərəfindətərəfindəntətbiqtinintiraktövsiyətrenduğrundauluüstəUzunmüddətlivarvəkilivətəndaşıvətənpərvərlikVIvitseXalqxalqıxalqımızınyaradyaradılıbyatlarzamanzamanda
Paylaş
Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: