Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Azərbaycanda ordu quruculuğu ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycanda ordu quruculuğu ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
December 11
20:00 2017

Bakı, 11 dekabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə dekabrın 11-də “Heydər Əliyev Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib.

Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Hərbi Akademiyanın dosenti, tarix elmləri doktoru Mehman Süleymanovun “Heydər Əliyev Azərbaycanda ordu quruculuğu” mövzusunda mühazirəsi dinlənilib.

Tarixi Muzeyinin direktoru, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru Nurulla Əliyev, polkovnik Rəşad Tahirov görkəmli dövlət Heydər Əliyevin Azərbaycanın Milli Ordu quruculuğu istiqamətində həyata keçirdiyi böyük işlərdən söz açıblar. Qeyd edilib ki, Ümummilli Lider ordu quruculuğuna Naxçıvanda Ali Məclisin Sədri olduğu zamandan başlayıb, Ulu Öndər bütün çətinliklərə baxmayaraq müsair tələblərə cavab verən güclü Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasına nail olub.

Bildirilib ki, 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəsə nail olunması ordudakı islahatların daha da sürətlənməsinə təkan verib. Bununla ordu sıralarına peşəkar hərbiçilər cəlb edilib, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə artırılıb, hərbi vətənpərvərlik işi gücləndirilib, ordu quruculuğunun sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edilib. Nəticədə yenilməz gücə malik Azərbaycan .

Bilik Fondunun sektor müdiri Hacı Abdulla Fondun fəaliyyətində ümummilli lider Heydər Əliyev ideyalarının təbliğinin əsas istiqamət olduğunu, bu sahədə ardıcıl tədbirlər həyata keçirildiyini söyləyib. O, Bilik Fondu ilə Hərbi Akademiya arasında əməkdaşlıq sazişinə əsasən həyata birgə maarifləndirici tədbirlərin maraqla qarşılandığını əhəmiyyətini vurğulayıb.

Tədbirdə Müdafiə Nazirliyinin sifarişi ilə Ulu Öndər haqqında çəkilən film nümayiş olunub.

Sonra tədbir iştirakçıları Tarixi Muzeyində yaradılan “Heydər Əliyev Azərbaycan Milli ” fotosənədlər guşəsi ilə tanış .

AZERTAG.AZ :Azərbaycanda ordu quruculuğu ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

Mətndə səhv , onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Kateqoriya

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: