Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Azərbaycanın Xalq Rəssamı Fərhad Xəlilova “Birlik ulduzları” mükafatı təqdim edilib

Azərbaycanın Xalq Rəssamı Fərhad Xəlilova “Birlik ulduzları” mükafatı təqdim edilib
December 11
17:15 2017

Moskva, 11 dekabr, AZƏRTAC. 

Moskvada Azərbaycan Rəssamlar İttifaqının sədri, Rəssamı, Rəssamlıq Akademiyasının fəxri üzvü Fərhad Xəlilova “Birlik ulduzları” mükafatı təqdim edilib. MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) təsis etdiyi mədəniyyət, incəsənət və humanitar fəaliyyətə görə mötəbər mükafat -cı yekunlarına görə səkkiz nəfərə təqdim . Təntənəli təqdimat mərasimi MDB ölkələri Elmi və Yaradıcı Ziyalılarının XII Forumu çərçivəsində keçirilib.

AZƏRTAC xəbər verir ki, mükafatı hökuməti sədrinin müavini Olqa Qolodets təqdim edərək, tanınmış rəssam Fərhad Xəlilovun yaradıcılığını yüksək qiymətləndirib, onun Azərbaycan və dünya incəsənətində rolundan danışıb.

Rəssamı Fərhad Xəlilov AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse- Mehriban Əliyevanın, eləcə də Aleksandra Paxmutova, Nikolay Dobronravov, Vladimir Spivakov, Yuri Qriqoroviç kimi dünya şöhrətli mədəniyyət xadimlərinin layiq görüldüyü mükafatı almaq onun üçün böyük şərəfdir.

Rəssam qeyd ki, və Azərbaycan yaradıcı və elmi ziyalılarını uzun illərin dostluq əlaqələri birləşdirir.

Bu il Moskvanın bir çox tanınmış mədəniyyət məkanlarında fərdi sərgilərim açılıb. “Moskva mədəniyyət mərkəzlərindən biridir. Mənim bu şəhərdə çoxlu dostlarım və həmkarlarım var. Moskvaya hər səfərimdən, bir sənət adamı və insan kimi buradan xoş təəssüratlarla qayıdıram. Mükafatın təqdimatı zamanı da dediyim kimi, mənim paytaxtında sərgim “Görüş” adlanırdı. Dostlarla görüş həmişə təbəssüm və xoş xatirələrdir. Bu da yaradıcı insan üçün olduqca vacibdir”, – deyə F.Xəlilov bildirib.

Qeyd edək ki, bu il “Birlik ulduzları” mükafatını alanlar sırasında Belarus İttifaqının rəyasət heyətinin üzvü, Yanka Kupala adına Ədəbiyyatşünaslıq İnstitutunun direktoru İvan Saverçenko, Qazaxıstanın “Astana-Opera” teatrının direktor müavini Toleubek Alpiyev, Qırğızıstan Elmlər Akademiyasının akademiki Altay Borubayev, SSRİ Artisti, moldovalı bəstəkar Yevgeni Doqa, SSSRİ Artisti, görkəmli baletmeyster Yuri Qriqoroviç və başqaları da var.

“Birlik ulduzları” dövlətlərarası mükafat 2009-cu ildə MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilib. Mükafat elm və təhsil, mədəniyyət və incəsənət, habelə humanitar fəaliyyət nominasiyalarında təqdim olunur.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

AZERTAG.AZ :Azərbaycanın Rəssamı Fərhad Xəlilova “Birlik ulduzları” mükafatı təqdim edilib

Mətndə səhv varsa, onu qeyd ctrl + enter düyməsini basaraq bizə göndərin

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: