Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Azərbaycanlı alimlərin layihəsi nüfuzlu beynəlxalq mükafata layiq görülüb

Azərbaycanlı alimlərin layihəsi nüfuzlu beynəlxalq mükafata layiq görülüb
December 11
23:29 2017

Bakı, 11 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz İnstitutu (NQİ), eləcə də akademiyanın elmi-tədqiqat institutlarının əməkdaşlarından ibarət kollektivin layihəsi “EcoWorld” beynəlxalq ekoloji müsabiqəsinin birinci dərəcəli layiq görülüb.

NQİ-dən AZƏRTAC-a ki, “İstixana effektinin azaldılması üçün buxarlanmanın qarşısının alınması, karbohidrogen qazlarının yandırılmasının və təbii və texnogen mənbələrdən səpələnməsinin azaldılması” adlı bu layihə “Ekoloji işləmələr, resurslara qənaət edən və tullantısız texnologiyalar” nominasiyası üzrə birinci olub. Layihə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin rəhbərliyi ilə NQİ-nin əməkdaşları Fəxrəddin Kərimov, Rauf Mukimov, Şəlalə Hüseynova, Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları – AMEA-nın müxbir üzvü Geylani Pənahov, Eldar , Rusiya Elmlər Akademiyasının Neft-qaz Hasilatının Sistem Tədqiqatları İnstitutunun əməkdaşları – Aleksey Denisov və Eldar Şahverdiyev hazırlanıb.

Rusiya Federasiyası Dumasında təşkil olunan mükafatların təqdimetmə mərasimində təşkilat komitəsinin sədri, Rusiya Təbiət Elmləri Akademiyasının birinci vitse-prezidenti L.İvanitskaya birinci dərəcəli diplom və fəxri nişanı NQİ-nin neft-qaz sahəsinin geoekologiyası şöbəsinin müdiri Fəxrəddin Kərimova verib.

Layihə çərçivəsində təbii təzahürlərdən və palçıq vulkanlarından atmosferə atılan səmt karbohidrogen qazının ətraf mühitə mənfi tədqiq edilib. Atmosferə atılmasını azaltmaq məqsədilə səmt qazının layların neftveriminin artırılmasında istifadəsi tövsiyə edilib. Palçıq vulkanlarından çıxan qazların geoloji və kosmik amillərdən asılı olaraq intensivliliyinin dəyişmə dövrililiyi müəyyənləşib, qırışıqlı ərazilərin qaz rejiminin tədqiqi aparılıb və karbohidrogen tərkibli qazların atmosferə atılması və yer səthinə yaxın atmosfer qatında paylanması qiymətləndirilib. Həmçinin Azərbaycanın təbii qaz təzahürlərindən və palçıq vulkanlarından atmosferə atılan qazların miqdarı ölçülüb, püskürmə intensivliyinə görə palçıq vulkanizminin xəritəalma aparılıb, qaz çıxışlarının telemetrik monitorinqi təşkil və elmi-texnoloji əsasları işlənilib. Bu tədqiqatlar istixana effektinin mexanizminin öyrənilməsinə əhəmiyyətli töhfə verib.

Qeyd edək ki, bu il mükafata Rusiyanın 39 regionundan və dünyanın 25 ölkəsindən, o cümlədən ABŞ, Almaniya, Çin, Azərbaycan, Yunanıstan, Vyetnam, Monqolustan və s. 240 layihə təqdim . Müsabiqə altı nominasiya üzrə aparılıb. “EcoWorld” beynəlxalq ekoloji mükafat ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin və XXI əsrdə davamlı inkişafın təmin edilməsi üzrə ictimai təltifdir. Ekoloji siyasətin inkişafı, ekoloji təhsil və mədəniyyətin səviyyəsinin yüksəldilməsi, ekologiya inkişafı, ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi, əhalinin səhhətinin yaxşılaşdırılması və biomüxtəlifliyin qorunması əsas hədəfləridir.

AZERTAG.AZ :Azərbaycanlı alimlərin layihəsi nüfuzlu beynəlxalq mükafata layiq görülüb

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Tags
1125abbasovahverdiyevakademikakademiyanakademiyasAkademiyasıAlalekseyalimlalmaalmaniyaaltamillamillərdənaparılıbartırartırılmasıatıatılanazazaldazaldıazaltmaqAzərbaycanAzərbaycanıAzərbaycanınAZƏRTACBeynəlxalqbildirilibbirinciBizbrahimbudavamldekabrdəndərəcədərəcəlidildiplomdiriDövlətdqiqatdqiqatlardqiqidumasDünyanıDünyanınedəedəkedənedibedilibedilmedilməsiekologiyaekolojiEleldareləelmininelmlərelmləriələləəmələmələənərərəəriətdənətinətininətləfederasiyasfəxrFəxrəddinFəxrigeolojigörhalininhasilathasilatıhazırlanıbHBhəmibarətictimaiilinkişafıinstitutlarişləişləriistifadistifadəIVkarbohidrogenKərimovakikilatkollektivinkomitKomitəKomitəsininkosmikLaLallayihlayihəlayihəsilayiqldilmLilxalqmexanikamədəmənfimilliminmiqdarmonitorinqimonqolustanmüəyyənləşibmühafizəmühafizəsimükafatınamükafatlarımüsabiqəMüsabiqəninmüsabiqəsininndirilibneftnilibninNişannominasiyanominasiyasnstitutunstitutununolaraqolubolunanolunubonupalçıqprezidentiQARqarşısıqarşısınıqarşısınınqatQatıqazqazıQazınqeydqənaətqiymətləndirilibqorunmasquliyevinrasimindRaufrazilrbaycanrbaycanlrejimininrəhbərliyiridirrimovrimovariyaziyyatrkiblirliyirusiyarusiyanRusiyanısabiqsahəsaslarsədrisəhvsəviyyəsininsistemsiyassizliyintbiqitexnologiyalartexnolojiTəbiətTəbiitədqiqattəhlükəsizliyinTəhsiltəminTəmiztəqdimtərtərəfindətərəfindəntərkiblitəsiritəşkiltəşkilattətbiqitinintullanttullantıtullantısıvarsaveribvitsevyetnamxəritəXXIyandıyaxınYeryunanYunanıstanzamanda
Paylaş

Kateqoriya

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: