Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Bakı Ali Neft Məktəbində Layihələri İdarəetmə Məktəbinin yeni qrupu açılıb

Bakı Ali Neft Məktəbində Layihələri İdarəetmə Məktəbinin yeni qrupu açılıb
December 11
13:41 2017

Bakı, 11 dekabr, AZƏRTAC 

Bakı Ali Neft Məktəbi (BANM), İngiltərənin “TwentyEighty Strategy Execution” (STRATEX) şirkəti, ABŞ-in Corc Vaşinqton Universiteti, BP və onun tərəfdaşlarının birgə əməkdaşlığı ilə keçirilən Layihələri İdarəetmə Məktəbinin növbəti – “Stream 18” təqdimat mərasimi olub.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, tədbirə ali məktəbin rektoru Elmar Qasımov, “Azərsu” sədrinin birinci müavini Teyyub Cabbarov, “BP-Azerbaijan” şirkətinin əlaqələr, işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, SOCAR-ın kadr, və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini Asif Şəfəqqətov, “Azərsu” -nin aparat rəhbəri Möhsün və yeni qrupun müxtəlif aparıcı şirkətlərdən olan iştirakçıları qatılıblar.

E.Qasımov BANM-in və Layihələri İdarəetmə Məktəbinin uğurlu fəaliyyətindən danışıb. Rektor rəhbərlik etdiyi ali məktəbin təşkilatçılığı ilə keçirilən proqrama önəm verdikləri üçün qonaqlara təşəkkürünü bildirib.

Tədbirdə T.Cabbarov, B.Aslanbəyli və A.Şəfəqqətov Layihələri İdarəetmə Məktəbinin sahə üzrə mütəxəssis hazırlığında böyük rola malik olduğunu bildirib və iştirakçılara uğurlar arzulayıblar.

“Stream 18” iştirakçıları təmsil etdikləri şirkət haqqında veriblər. Proqramda SOCAR-ın baş ofisinin, “Azərsu” , BP, “CBMC”, “CNFA”, “Ernst&Young”, “Neftqaztikinti”, “Azərkimya”, “Azneft” İstehsalat Birliyi, “Worley Parsons” və digər şirkətlərin əməkdaşları iştirak edirlər.

Qeyd ki, Layihələri İdarəetmə Məktəbi son bir ildə dövlət və özəl sektorda göstərən şirkətlərin böyük marağına çevrilib. Şirkətlər öz seçilmiş mütəxəssislərinin ixtisasartırması haqqında düşünərkən üstünlüyü məhz Layihə İdarəetmə Məktəbinə verir. proqramın iştirakçıları layihələrin idarəolunmasının yeddi modulu üzrə ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramını keçir. Proqramı uğurla vuranlar həmin universitetinin magistr sertifikatı ilə təltif edilirlər.

AZERTAG.AZ :
Bakı Ali Neft Məktəbində Layihələri İdarəetmə Məktəbinin yeni qrupu açılıb

Mətndə varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Kateqoriya

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: