Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

“Beşiktaş”dan “Bavariya”ya cavab: Bizi ondan soruşun

“Beşiktaş”dan “Bavariya”ya cavab: Bizi ondan soruşun
December 11
21:08 2017

Çempionlar Liqasının 1/8 final mərhələsində rəqib olan “Bavariya” ilə “Beşiktaş” arasında mübarizə gözləniləndən erkən başlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər , hər iki klub sosial şəbəkə vasitəsilə bir-birinə “söz atıb”.

İlk olaraq, “Bavariya” tvitter hesabından hücumçusu Robert Levandovskinin bir əli cibində, digəri ilə telefonla danışan şəklini paylaşıb. Polşalı forvardın gülən yerdə olan fotosunun üzərində isə “Beşiktaş”a gəlirik” sözləri yazılıb. “Bavariya” bununla yayda transferlər zamanı “Beşiktaş”a gəl” (Come to Beşiktaş) şüarından istifadə edən Türkiyə klubuna sataşıb.



“Beşiktaş”ın isə almanlara cavabı özünü çox gözlətməyib. İstanbul nəhəngi “Leypsiq”in hücumçusu Timo Vernerin qrup mərhələsində Türkiyədəki qarşılaşmanın gedişində əvəzləndiyi və qulağını tutduğu şəkli paylaşaraq, “ Timo Vernerdən ” mesajını göndərib.

Qeyd edək , 1/8 finalın ilk görüşləri 2018-ci il fevralın 13-- və 20-21-, cavab matçları martın 6-7- və 13-- baş tutacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: