Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

“Çağırır vətən” yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Çağırır vətən” yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
December 11
23:30 2017

Bakı, 11 dekabr, AZƏRTAC

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vətənpərvərlik təbliğatının yüksəldilməsi məqsədilə respublika ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirdiyi “Çağırır vətən” adlı yazı müsabiqəsinin qaliblərinin təltif edilməsi üçün Xidmətin Aparatında tədbir təşkil olunub.

Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət rəisinin müavini, general-mayor Zaur Abdullayev açaraq müsabiqə haqqında məlumat verib. Bildirib ki, gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət tərəfindən silsilə tədbirlər həyata keçirilir. “Çağırır vətən” yazı müsabiqəsi də belə layihələrin davamıdır.

General-mayor Z.Abdullayev 2017-ci il noyabrın 1-dən 25-dək davam edən müsabiqəyə olunan yazıların münsiflər heyəti tərəfindən qiymətləndirilərək, qaliblərin müəyyənləşdirildiyini qeyd edib.

Tədbirin sonunda “Çağırır vətən” adlı yazı müsabiqəsinin qaliblərinə mükafatlar edilib.

nəticələrinə əsasən, Laçın rayon 21 nömrəli tam məktəbin VIII sinif şagirdi İmranlı Fərid Ayaz oğlu yerin qalibi olub. Oğuz rayon Əmrah Nəbiyev adına Tərkəş tam məktəbin IX sinif şagirdi Məcidli Şəbnəm Ceyhun qızı ikinci yerə, Ağdam rayon 32 saylı tam məktəbin XI sinif şagirdi Cəfərov Rəşad Şakir oğlu Iüçüncü yerə çıxıb.

R.Rza adına Göyçay şəhər 1 nömrəli tam məktəbin XI sinif şagirdi Məhəmməd Nəsirov, “Ankara məktəbi” məktəb-liseyin XI sinif şagirdi Yusif Zeynalov, Balakən rayon Mahamalar tam məktəbin IX sinif şagirdi Lalə Omarova, Füzuli rayonu Horadiz şəhər 3 saylı tam məktəbin XI sinif şagirdi İbiş Xələfov və Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin IX sinif şagirdi Nigar Kərimli həvəsləndirici mükafat qazanıblar.

AZERTAG.AZ :“Çağırır vətən” yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Mətndə səhv varsa, qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: