Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Elmi Bərpa Mərkəzinin əməkdaşlarına orden və medallar təqdim edilib

Elmi Bərpa Mərkəzinin əməkdaşlarına orden və medallar təqdim edilib
December 11
15:08 2017

Bakı, 11 dekabr, Flora Şükürova, AZƏRTAC

Dekabrın 11-də Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin 60 iliyi çərçivəsində keçirilib.

AZƏRTAC xəbər verir ki, İncəsənət Muzeyində reallaşan tədbirdə əvvəlcə qonaqlar mərkəzdə saxlanılan eksponatların yer aldığı sərgi ilə tanış olublar

Sonra mərkəzin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş edilib.

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova çıxış edərək rəhbəri olduğu qurumun fəaliyyətindən danışıb. Qeyd edib ki, Elmi Bərpa Mərkəzində bu günədək minə yaxın müxtəlif muzey eksponatları bərpa və konservasiya olunaraq muzeylərə qaytarılıb. Vurğulanıb ki, respublikamızda fəaliyyət göstərən muzeylərin kolleksiyalarına olan -mədəniyyət nümunələrinin, əsərlərinin və tarixi əhəmiyyət daşıyan sənədlərin taleyi artıq etibarlı əllərdədir. Cənubi yeganə olan Elmi Bərpa Mərkəzi artıq beynəlxalq bərpaçılıq məkanında yüksək professional vərdişlərin nümayişi ilə layiqli mövqe qazana bilib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, ölkəmizdə tarixi-mədəni abidlərin, eləcə də əsərlərinin bərpası dövlət və ictimai əhəmiyyət kəsb edir. Bərpaçılıq sənətinin yarım əsrlik bir dövrü əhatə etməsi bir daha bu peşənin xalqın və mənəvi dəyərlərinin qorunmasından xəbər verir və bu sahəyə olan diqqətin davamlığını şərtləndirir.

Bu sahənin dövlət başçısının diqqətə və qayğısı ilə əhatələndiyini deyən nazir söyləyib ki, hazırda Elmi Bərpa Mərkəzində 40-dək insan çalışır.

Sonra nazir İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif edilən mərkəzin fəxri adlara görülmüş bir qrup əməkdaşına orden və medalları təqdim edib.

AZERTAG.AZ :Elmi Bərpa Mərkəzinin əməkdaşlarına orden və medallar təqdim edilib

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: